Sumqayıt polis idarəsində vəhşicəsinə öldürülən Rəşad Mehdiyevin qardaşı Elşən Mehdiyev deyir ki,qardaşımı aprel ayının 27-də Sumqayıt şəhər polis idarəsinin əmakdaşları qardaşımın başına qara torba keçirərək evdən apardılar. Sonra 37 yaşlı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncəyə məruz qalıb. O, idarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra – aprelin 29-da dünyasını dəyişib. Sonra deyirlər ki,AAMBŞ-ı Haqq Ədalət təşkilatı hakimiyyət əlehinə danışır . AAMBŞ-ı insanlarımızın başına gətirilən bu zorakılıq faktlarını görüb necə danışmasın ??? Rəşad Mehdiyevin nə günahı olub ki,ona zor tedbiq olunaraq öldürülüb ??? Bu hansı insanlığa,hansı vijdana,hansı hüquqa sığır ??? Niyə Sumqayıt şəhər polis idarəsində olan bu hadisəyə görə Daxili İşlər Nazirliyi açığlama vermir? ?? Niyə Sumqayıt şəhər polis idarəsinin rəisindən tutmuş əli olan bu işdə cinayətkarlar sorğuya alınmır ??? Niyə xalqımızın həyatına laqeyid münasibət bəsləyirsiz ??? Əziz Həmvətənlərim,bizi polis qorumur əksinə olaraq bizə qarşı düşmən mövqeyi tutub. Polisin xalqa qarşı düşmən mövqeyi tutması bir başa İ. Əliyevin göstərişi əsasındadır. Azad söz deyən və fərqli düşüncəli insanlarımızı boğmağa çalışır İ .Əliyev.Xalqımıza terror davam edir !!!!
Mən bu hayatdan,bu dövlətdə yaşamaqdan bezmişəm
BəyənBəyən