İlham Əliyevin əmri ilə may ayının 10-da ” GÜL ” bayramına görə atasının büstünə etiraz olaraq “Fuck the System”,”Qul Bayramınız” mübarək yazan Nidaçıların şərlənmə prosesi başlanıldı. Cinayətkar İ.Əliyevin şər-böhtan maşını yenə də işə düşüb. Polis bu dəfə də adət-ənənəsinə sadiq qalıb. Artıq,adəti üzrə onların üzərlərindən narkotik maddə olan heroin tapılıb.Üstəlik Əliyev polisi bu gənclərə qarşı qeyri-insani hərəkətlər etməkdən də utanmırlar,polislər Nərimanov rayon məhkəməsinin müvəqqəti saxlanma yerinin həyətini süpürtdürürlər Nidaçı gənclərə. Onlara polis tərəfindən işgəncələrə və zorakılıqlara məruz qalırlar. İ. Əliyev öz hakimiyyətini əbədiləşdirmək üçün bütün şərəfsiz üsullardan istifadə edir. İ. Əliyevin bir nömrəli şər-böhtanı narkotik maddə və silahdır. Vətənpərvər gənclərimizi öz mənafeyi naminə ləkələyir və onları əbədi olaraq bədbaxt edir. Nə qədər ki,şərəfsiz qəddar diktator İ. Əliyev hakimiyyətdədir nə vətənimizin nə də xalqımızın parlaq sabahı var. İ. Əliyevin üzü sürtülüb onda utanmaq hissi yoxdur. Əgər utanma hissi olsaydı milyonlarla insanların tənqid və təhqirlərindən nəticə çıxardardı. O yalnız və yalnız öz mənafeyini güdür. Ona xalqın vəziyyəti heç də marağlı deyil. O,şərəfsiz diktatordur !!!!
Kirminal-Korrupsiya
Cahangir Əsgərov 770 milyonluq yaxta
AZAL prezidentinin bununla bağlı ABŞ şirkətinə sifariş verdiyi deyilir
Son dövrlər məmurlarla bağlı bütün məlumatlar artıq mediada geniş yer almağa başlayıb. Bu məlumatlar fonunda onların heç bir gizli və sirr olacaq bir şeyləri qalmayıb. Ötən günlərdə isə onlardan daha biri ilə bağlı sensasiyalı məlumat yayılıb.
Politika.Az xəbər verir ki, Azərbaycan Hava Yolları ASC-nin (AZAL) prezidenti Cahangir Əsgərov özünün yaxta kolleksiyasına daha birini əlavə edib. Bu dəfə AZAL rəhbərinin almaq istədiyi yaxtanın qiyməti isə təxminən 1 milyard dollara yaxındır. Belə ki, Cahangir Əsgərovun almaq üçün müraciət etdiyi şirkət ABŞ-da fəaliyyət göstərir və «4 yacht» adlanır. Yaxtanın dəyəri isə 770 milyon dollardır.
Politika.Az-a verilən məlumatda qeyd edilir ki, Cahangir Əsgərovun almaq istədiyi yaxtanın dizayneri Kristofer Seymordur. Model isə «Double Century» adlanır. Bu modelə əsasən yaxtanın uzunluğu 200 metr, sudan hündürlüyü isə 27 metrə yaxındır. Bu da onun futbol meydançasından iki dəfə böyük olması deməkdir.
Qeyd edək ki, bu yaxtanın üzərinə vetalyotun enməsi üçün 2 meydança nəzərdə tutulub. 9 goyərtəli yaxtanın icərisində 126 nəfərlik teatr və kino salonu olacaq. Nəhəng gəmidə personalla sərnisinlərin unsiyyət qurması ucun xususi bir telefon da hazırlanır. Bu yaxta ölculərinə gorə Birləsmiş Ərəb Əmirlikləri lideri Seyx Xəlifə bin Zayid Əl Nayana aid olan “Azzam”adl? yaxtadan 21 metr daha uzun olacaq.
Bildirək ki, Cahangir Əsgərov Azərbaycanın ən varlı məmurlarından biri sayılır. Onun inhisarında bir sıra sahələr var. Uzun illərdən bəri büdcəyə bir qara qəpik də ödəməyən Əsgərovun verdiyi rəsmi hesabatlarında isə AZAL-ın zərərlə işlədiyi göstərilir. Belə olan təqdirdə, AZAL şefinin 770 milyon dolları hardandır ki, belə bahalı yaxta almağa çalışır? Hər halda onun aldığı rəsmi əmək haqqısı bu yaxtanı deyil, onun bir detalını əldə etmək üçün kifayət etmir.
İşin ən tərəf isə odur ki, Cahangir Əsgərov bu addımı ən həssas məqamda atıb. Cəbhə xəttində vəziyyət xeyli gərgindir. Azərbaycan Ordusu aprelin əvvəlində keçirdiyi əməliyyatlarda 100-ə yaxın şəhid verib. Eyni zamanda, ermənilər mülki vətəndaşlarımızı artilleriya atəşi altında saxlayaraq, onlara zərər verməkdədir.
Artıq iki mülki vətəndaşımız şəhid olub, ondan artıq yaralımız var.
Bütün bu baş verənlər fonunda Azərbaycan insanı əsgərlərinə dəstək olmaq üçün ona həm maddi, həm də mənəvi dəstək verir. Artıq neçə müddətdir ki, fəhləsindən tutmuş müəlliminə kimi hər kəs əsgərlərimiz üçün qan verir. Eyni zamanda, Silahlı Qüvvələrə Yardım Fonduna hər kəs əlindən gələn qədər pul köçürür. Maraqlıdır, müəllim aldığı cüzi maaşın bir hissəsini Silahlı Qüvvələrimizin hesabına keçirir, amma Cahangir Əsgərov əziyyət çəkib, maaşından bir qəpik də vermək istəmir. Bu azmış kimi, hansısa ABŞ şirkətinə dəyəri 770 milyon dollarlıq yaxta sifariş edir.
Biz bu əmələ hər hansı bir qiymət vermək istəmirik. Yalnız onu deyə bilərik ki, bu heç də xoş olmayan haldır və məsələ kökündən araşdırılmalı və cəza tədbirləri görülməlidir. Digər işlərə isə oxucuların qiymət verməsini daha məqbul hesab edirik.
Ogru Paşayevlərin Vaşinqtonda 3,7 milyonluq mülkü
Vaşinqtonun ən gözəl muzeylər və xarici səfirliklərin olduğu tarixi Dupont Dairəsidə yerləşən, 1900-cu ildə tikilmiş mülk keçən il əsaslı təmirdən çıxandan sonra onu almaq istəyənlər çox olub.
R və 21-ci küçələrin arasında yerləşən bu gözəl mülkün pəncərələri ağ örtüklə örtülüb, divarın yuxarısına birləşdirilmiş kameralarsa evin qarşısındakı yola tuşlanıb. Binanın lap yuxarısında isə sirli «H» hərfi var.Nəhəng çirkli nağd pullar; ADA Fondunun ABŞ-da neçə daşınmaz əmlakı var?Bu ərazidə yaşayanlar deyirlər ki, bu «H»nın məhəllə ilə əlaqəsi yoxdur. Sakinlərdən biri deyib ki, ev xaricilərə məxsusdur.«Redfin» daşınmaz əmlak şirkətinə görə, rəsmi ünvanı 2030 R St NW olan bu mülkün 2016-cı ilin apreli üçün qiyməti 3.670.530 dollar olub. Əmlak sənədlərində göstərilir ki, 474 kvadrat metr sahəsi olan bu evdə (375 kvadrat metri ev, 182 kvadrat metri həyət) 5 tam hamam otağı, 6 yataq otağı və qaraj var. Evin yaşayış üçün yararlı zirzəmisi də var.
Binanın üzərinə yapışdırılmış posterdə «ADA University Foundation» («ADA Universiteti Fondu») yazılıb.
ADA Universitetinin bu yaxınlarda Youtube-da yerləşdirdiyi videoda R küçəsində yerləşən mülk universitetin ABŞ fondunun binası kimi təqdim olunur. Ancaq ADA Universitetin İnternet səhifəsində Fondun rəsmi ünvanı «1627 21st Street NW» kimi göstərilib ki, bu da mülkün üzbəüz qonşusunun ünvanıdır.
Kolumbiya Dairəsinin Vergilər İdarəsinin məlumat bazasında aparılmış kiçik axtarış 1627 21st Street NW ünvanında yerləşən ev barədə heç bir məlumatın olmadığı üzə çıxır. Ancaq şəhərin vergi sənədlərindən görünür ki, ADA Universiteti Fondu məhz 2030 R St ünvanındakı mülkün sahibidir.
ADA Universitetinin əsası 2007-ci ildə Azərbaycan Xarici İşlər nazirinin müavini Hafiz Paşayev tərəfindən qoyulub. O həm də ölkənin birinci xanımı Mehriban Əliyevanın (yeri gəlmişkən, o da ADA Universitetinin idarə heyətinin üzvüdür) əmisidir. WikiLeaks-də əks olunmuş məlumata görə Hafiz Paşayev ölkənin bankçılıq, daşınmaz əmlak, sığorta və başqa sahələrdə geniş maraqları olan «ən güclü ailəsinin» üzvüdür.
Vaşinqtondakı ADA Fondu da 2007-ci ildə qeydiyyatdan keçib. Onun idarə heyətində cənab Paşayev də daxil olmaqla bir neçə nüfuzlu şəxsin adı var. Son üç il ərzində ADA Universiteti Fondunun Kolumbiya Dairəsinin hökumətinə göndərdiyi vergi sənədlərində əksini tapmış bu siyahıda George W. Bush administrasiyasının Dövlət Katibinin müavini Richard Armitage-ın da adı var. (müəllif səfir R.Armitage-ın ofisi ilə telefon əlaqəsi yarada bilsə də ofis bu məqalə üçün hər hansı bir şərh verməkdən imtina etdi. ADA Universitetinin Bakıda yerləşən əsas ofisi də müəllifi cənab Paşayevin köməkçiləri ilə əlaqələndirməkdən imtina etdi).
Sözügedən qurumun Kolumbiya Dairəsi hökumətinin rəsmi sənədlərindəki qeydiyyatı nömrəsi 271480-dir. Qeydiyyatda göstərilmiş agentin adı Qalib Məmməddir (Galib Mammad). Bu şəxs 1814 19th Street NW ünvanında biznesi olan əslən azərbaycanlı amerikalıdır. (Cənab Mammad də email-lə göndərilmiş suallarımızı cavablandırmadı. Bir dəfə Azərbaycan mətbuatı onun cənab Paşayevlə yaxın əlaqələrini işıqlandırmışdı).
R küçəsindəki mülkün satın alınmasının çox mürəkkəb strukturu var. Vaşinqtonda daşınmaz əmlak barədə qeydləri əks etdirən İnternet saytı olanBlockShopper.com-un verdiyi məlumata görə, qeyri-kommersiya təşkilatı olan Azərbaycan Diplomatik Akademiyası Fondu bu tarixi mülkü 2014-cü ildə 3,4 milyon dollara alıb. Ancaq qeydlərdən belə görünür ki, fond 2015-ci il sentyabrın 10-da mülkü satıb. Kimə? Özü özünə. Ancaq bu dəfə başqa adla, «ADA Universiteti Fondu» adı ilə. Həm də bu dəfə satış qiyməti göstərilməyib.
2014-cü ildə qısa bir müddət mülkün satın alınması işində iştirak etmiş rieltor müsahibədən kənar şəkildə deyib ki, azərbaycanlılar danışıqlar masasına «qeyri-adi taktika» gətiriblər: pulun hamısını nağd şəkildə ödəməyi təklif ediblər.
ADA Fondunun ABŞ-da neçə daşınmaz əmlakı olduğu qeyri-müəyyən olaraq qalır. Ancaq bir şey aydındır ki, fond Vaşinqtonda nağd pulla daşınmaz əmlak alan, Azərbaycanla əlaqəsi olan yeganə korporasiya deyil.
2012-ci ildə SOCAR-ın Amerika şirkəti 18th St. NW ünvanında 2137 kvadrat metrlik binanı satın alıb. Taleyin istehzasına baxın ki, bu mülkdə əvvəllər Freedom House təşkilatı yerləşib. Freedom House Azərbaycanı dünyanın ən «qeyri-azad» ölkələri siyahısına aid edən insan hüquqları təşkilatıdır.
Azərbaycan həm də müstəqil, xüsusən də ölkənin birinci ailəsinin biznes maraqlarını araşdıran jurnalistlərin ən çox həbs edildiyi ölkə kimi tanınır. Azərbaycanın hökuməti Qərb ölkələrindəki mülkiyyət portfelinin idarəçiliyi müqabilində xaricdəki ofşor şirkətlərə böyük pullar axıtmaqda ad çıxarıb. Bu yaxınlarda mətbuata sızmış Panama sənədləri də buna bir daha işıq salmış oldu.
KLEPTOKRATİYA İŞ BAŞINDA…
Dünyanın zəngin adamlarının öz pullarını ofşorlarda gizlətməsini əks etdirən Panama sənədləri Qərbdə bir çoxlarını şoka salsa da Azərbaycan kimi ölkələrdə sadəcə olaraq məmə yeyəndən pəpə deyənə qədər hamının bildiyi faktı bir daha təsdiqləmiş oldu. Bu ölkələrdə insanlar ölkələrini idarə edən ailələrin dövlət büdcəsini mənimsədiklərini, onu nağd pula çevirərək xaricə daşıdıqlarını, beləliklə də gizlətdikləri sərvətlə özlərinə imperiyalar qurduqlarını yaxşı bilirlər. Hudson İnstitutundan Julie Davidson və digər Qərb alimləri bu fenomeni «kleptokratiya» adlandırırlar.
Vaşinqtinda yerləşən Hudson İnstitutu bu yaxınlarda korrupsiyalı avtoritar rejimlərin Qərb demokratiyasına və ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhlükəsini araşdıran xüsusi proqrama başlayıb. Kleptokratiya Təşəbbüsü adlanan bu proqrama Julie Davidson rəhbərlik edir.
O öz müsahibəsində deyir ki, ABŞ-ın daşınmaz əmlak bazarının çirkli pullarını yumaq istəyən xarici kleptokratların sevimli aləti olması heç kimi təəccübləndirməməlidir. Sərvəti xaricdəki mülklərə, villalara və bank hesablarına axıdan kleptokratlar və onların yaxınları bu ölkələrdə azadlıqlardan və qanunun mühafizəsindən yararlanırlar. Halbuki onlar öz ölkələrində öz vətəndaşlarını bu azadlıqlardan və hüquqlardan məhrum edirlər.
«Biz pulların bizim daşınmaz əmlak bazarımıza necə girdiyindən çox narahat olmalıyıq. Çünki bu pulların xeyli hissəsi bir yerdə gəlir və biz onun haradan gəldiyini bilmirik», Dr. Davidson deyir.
ÇİRKLİ PULLAR ABŞ-IN DAŞINMAZ ƏMLAK BAZARINA NECƏ DAXİL OLUR
Kaliforniyada yerləşən, daşınmaz əmlakın izlənməsi ilə məşğul olanRealtyTrac təşkilatının 2015-ci ilin avqustunda dərc etdiyi hesabatdan görünür ki, ABŞ-da ölkə üzrə nağd pulla satınalmalar son yeddi ildə pik həddə çatıb və
Vaşinqtonun da bu statistikada yeri var. Keçən il xarici müştərilərin satınalmalarının yarıdan çoxu nağd pulla həyata keçirilib.
ABŞ-ın Milli Əmlakçılar Assosiasıyasının aprelin 20-də dərc edilmiş son hesabatında deyilir ki, 2016-cı ilin ilk rübü ərzində həyata keçirilmiş bütün satışların 25%-i nağd pulla olub.
Adının çəkilməsini istəməyən vaşinqtonlu əmlakçının sözlərinə görə nağd pul təklifləri ona görə cəlbedicidir ki, əmlakı satan tərəf pulun mənbəyini bəyan etmək barədə düşünməli olmur. Üstəlik belə təkliflər qısa müddət üçün edilir.
Mənbə deyir ki, Vaşinqtonda daşınmaz əmlak sövdələşmələri aparan xaricilər bunu fərdlərin adından deyil, əksərən Məhdud Məsuliyyətli Şirkətlər (LLŞ-lər) vasitəsilə edirlər.
Onun sözlərinə görə işi LLŞ-lər vasitəsilə görmək əmlak vergisi məsələsində üstünlük qazandırır:«Əmlakın sahibliyi LLŞ-ni səhmləri (payları) arasında bölünə bilir və bu halda vergi məsuliyyəti qat-qat az olur. Bu şirkətlərdən həmçinin ölkəmizdə daşınmaz əmlaka yatırılacaq şübhəli pulları başqa ölkələrdən çıxararaq xarici şirkətlərə transfer etmək üçün də istifadə edilə bilər», deyə mənbə izah edir.
QLOBAL KLEPTOKRATİYA: BRİTANİYA NÜMUNƏSİ
Demokratik vergi qanunları və hüququn aliliyi ABŞ-ı xarici kleptokratlar üçün cəlbedici məkana çevirir. Ancaq ABŞ bu qəbildən olan yeganə ölkə deyil.
Britaniyalı araşdırmaçı jurnalist, «Rusiyadan nağd pulla» adlı sənədli filmin müəllifi Ben Judah deyir ki, uzun illər boyu Britaniya da bu qəbildən olan təbii məkanlardan biri olub.
O deyir ki, Panama sirləri barədə xəbərlər ortaya çıxandan əvvəl də Britaniya ictimaiyyəti istəyirdi ki, hökumət Britaniyanın gizli vergi cənnətləri şəbəkələri ilə ilə bağlı nəsə etsin. Judah-nın fikrincə dünyanı təhlükəli yerə çevirən kleptokratiyaya görə məsuliyyət daşıyır.
«Bəzən biz korrupsiya deyəndə elə düşünürük ki, söhbət orda-burda oğurlanan 10-20 dollardan gedir. Ancaq əslində yoxsul ölkələrdən varlı ölkələrə daşınan pulların həcmi ildə trilyon dollara bərabərdir».
Judah düşünür ki, Qərb paytaxtlarında kleptokratların ofşor kanallar vasitəsilə əmlak əldə etməsinin qarşısının alınması bu rejimlərə və korrupsiyaya qarşı böyük zərbə olardı.
«Mən deməliyəm ki, Britaniyada bunun edilməsi üçün fəal kampaniyalar mövcuddur». O düşünür ki, Panama qalmaqalı bu proses üçün ciddi katalizatordur.
PANAMA QALMAQALI «KOLLEKTİV PROBLEMDİR»
Panama Sənədləri bir tərəfdən ofşor korporativ qurumların strukturu barədə nəhəng məlumat toplusudur. Bu qurumlar kleptokratlara və digər yüksək rütbəli siyasətçilərə əsl adlarını gizli saxlayaraq bank hesabları açmağa və əmlak almağa imkan verir.
Digər tərəfdən isə bu sənədlər korrupsion hökumətlərin fəaliyyətinin Qərbə necə təsir etdiyini və onu necə dəyişdirdiyini əks etdirir. Hudson İnstitutundan Julia Davidsonun təbirincə desək «onlar təkcə pulu yox, korrupsiyanı da idxal edirlər».
Bu yaxınlarda Vaşinqtona gəlmiş Panamanın İqtisadiyyat nazirinin müavini Ivan Zarak Qərb cəmiyyətlərini «bu qlobal problemlə kollektiv şəkildə mübarizə aparmağa» çağırmışdı.
«Sızmış sənədlər Panama barədə deyil. Bu Kollektiv problemdir və kollektiv fəaliyyət tələb edir», deyə o aprelin 14-də Wilson mərkəzində etdiyi çıxışı zamanı deyib.
Zarak əlavə edib ki, Panama qalmaqalı «uğursuz addır»: «Bizim ölkəmiz tamamilə şəffaflığa sadiqdir».
ABŞ Xəzinəsinin keçmiş rəsmisi Chip PoncyZarakla razıdır. «Bəli, bu təkcə Panama deyil… Nyu York şəhərində eyni işi görən çoxlu şirkətlər var ki, biz heç vaxt onların haqqında danışmırıq», hazırda Vaşinqtonda yerləşən Demokratiyanı Müdafiə Fondunun baş məsləhətçisi olan Poncy deyir.
Poncy əlavə edib ki, ABŞ rəsmiləri on ildən çoxdur ki, kleptokratların bu boşluqları istismar etməsini müzakirə edirlər.
«Məni şoka salan yalnız bizim şoka düşməyimizdir… İndi əsl sual odur ki, bu dəfə bizim düşdüyümüz şok bununla bağlı nəsə edəcək qədər uzun sürəcəkmi?»
QLOBAL KLEPTOKRATİYAYA QARŞI NECƏ MÜBARİZƏ APARMALI?
Bəs qlobal kleptokratiyaya qarşı mübarizənin ən yaxşı modeli nədir? Şəffaflıq vəkilləri daşınmaz əmlakla bağlı bu araşdırmanı daha böyük qlobal şəffaflıq təşəbbüslərinə proyeksiya edə biləcəklərmi?
«Görülə biləcək bir iş var», Chip Poncy deyir. Panama sənədlərində əksini tapmış detalların dərinliyini nəzərə alsaq kleptokratları müəyyən etmək və onlara qaşı istintaqa başlamaq üçün imkanlar olacaq.
Poncy həmçinin ümid edir ki, Panama sənədlərinin üzə çıxması islahatların aparılması cəhdlərini yenilənməsinə səbəb olacaq və məlumatlar açıq olduğuna görə hüquq mühafizə orqanları daha sızmış məlumatlara əsaslanmalı olmayacaqlar.
Hudson İnstitutundan Julia Davidson deyir ki, kleptokratlara ABŞ maliyyə institutlarından yararlanmaq və ABŞ ərazisinə daxil olmaq imkanı verməkdən imtina etməklə ABŞ qlobal təşəbbüsə başlaya bilər.
Onun sözlərinə görə 11 sentyabrdan sonra ABŞ-da antiterror qanunu olan Vətənpərvərlik Aktının qəbul olunmasından sonra nəzarətdə saxlanmayan yeganə sahə daşınmaz əmlak sahəsidir.
«Biz narahat olmalıyıq, çünki bu, [sadəcə olaraq] binaları tutan adamlar deyil, bu, öz pullarını başqa məqsədlərlə yerləşdirən adamlardır. Ancaq onlar bu pullardan bizim demokratiyada anladığımız mənada investisiya kimi istifadə etmirlər». (azadlıq.org)
Büdcədən silinən pullar
Təkcə siyasi xarakterli məhkəmə proseslərinin bir neçəsini müşahidə etmək kifayətdir ki, ölkənin hansı vəziyyətə salındığını şəffaf şəkildə görək.
Bu da sirr deyil ki, ölkə həbsxanalarında yüzlərlə günahsız məhbus var. Kimisi sifarişlə, kimisi qarşı tərəfin daha çox pul ödəməsinə görə, kimisi başqasının cinayətinin qurbanına çevrildiyi üçün həbs həyatı yaşayır.
Qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Ermənistanda hər yüz min nəfərə 132, Gürcüstanda hər yüz min nəfərə 228 məhkum düşür. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına ölkəmiz Avropada 4-cü yeri tutur.
Ekspertlər hesab edir ki, Azərbaycanda məhbusların sayının çoxluğu birqayda olaraq həbs qətimkan tədbirlərinin seçilməsiylə bağlıdır. Yəni, cinayət məcəlləsində müxtəlif qətimkan tədbirləri nəzərdə tutulsa da, məqsədli şəkildə həbs qətimkan tədbiri seçilir.
Məsələni bir az da dərindən araşdıranda yenə də korrupsiya, yeyinti, qeyri-şəffaflıq ortaya çıxır. Belə ki, dövlət hər bir məhkuma il ərzində 4000 manatdan artıq pul xərcləyir. Görünür, məhbusların sayının çoxluğu kimlərəsə sərf edir və büdcədən pul silmək imkanı yaradır.
Ümumiyyətlə, pis nümunlərin toplandığı siyahılarda Azərbaycanın adı var. Korrupsiyanın səviyyəsindən tutmuş, məhbusların sayına qədər ön sıralardayıq.
Diktator İlham Əliyev xalqı bezdirib
Diktator İ. Əliyev və ona tabe olan məmurlar xalqı təmiz boğaza yığıb. Heç bir vətandaşımız dərdinə carə etmək üçün üz tutduğu dövlət qurumlarından kömək görmürlər. Dövlət qurumları vətəndaşa qulaq asmırlar . Özbaşnalıq və rüşvət davam edir. AAMBŞ-na məktub göndərən Ağdam rayonundan məcburi köçkün Sərdar Eliyev Azərbaycanda İ. Əliyevə verə bilmədiyi sualları AAMBŞ-ı vasitəsi ilə çatdırmaq istəyir. Bizdə AAMBŞ olaraq həmvətənmizin İ. Əliyevə ünvanladığı sualları olduğu kimi təqdim edirik. Sərhəd Əliyev,İlham Əliyevdən soruşur: —Əyər bir Səlim Mülümovla bacarmırsansa 9 milyonluq xalqı necə idarə edə bilərsən..? —Axı sən and içmisən..Niyə canımızı yığmısan boğazımıza.? —-Bu Heydər Əliyev adına muzeylər,heykələr,guşələr,şəkillər..Buna pul tapırsan,insanları yaşatmağa pul tapmırsan..? —Nə vaxta qədər bu fəlakət davam edəcək.?Bu camaatdan nə istəyirsən..? —Niyə imkan vermirsən bu insanlar yaşasın..?Necə yaşasın bu insanlar..? —Nə vaxt qurtaracaqsız bu insanlara etdiyiniz zülümləri.? —Bundan artıq nə deyim sənə..Sən özün otur özün fikirləş..Sənin də balaların var..!Bəsdir də..! Boğaza yığılan Sərdar Əliyev intihar etmək haqda düşünür. İ. Əliyevin xalqa qarşı olan həm mənəvi həm də iqtisadi teroru davam edir.
MTN-in gizli «yuvası»nın sahibinin övladlarının şok-FOTOLARI
«Clear» və «İron» otellərin sahibi olan Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşları yarım milyonluq maşınlarda gəzirlər
Bildiyiniz kimi, son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Əgər əvvələr bu tip obyektlər gizli şəkildə fəaliyyət göstərirdilərsə, indi hər şey açıq-aşkardır. Qeyd edək ki, bu gün əxlaqsızlıq yuvalarının əksəriyyəti otel, motel, istirahət mərkəzi adı altında pərdələnib. Həmin obyektlərdən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «Clear» otelidir. Bu oteldə cərəyan edən xoşagəlməz hadisələr, gənc qızların cinsi istismara məruz qalması və otelin sahiblərinin kim tərəfindən himayə olunması barədə mətbuatda çox yazılıb.
Bildirək ki, otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Əslən Yardımlı rayonundan olan bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar.
Qısaca vurğulamaq istəyirik ki, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır. Bu gün də sözügedən şəxslərin münasibəti çox yaxşıdır və Elman Qəmbərov müəyyən məsələlərdə Feyziyev qardaşlarına «krışa»lıq edir.
JAM.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir.
Məsələn, «instagram» sosial şəbəkəsində apardığımız axtarış nəticəsində öyrəndik ki, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər. Ən maraqlısı isə odur ki, oğul Feyziyevlərdən birinin yaşı avtomobil sürməyə imkan verməsə də, o atasının gücünə sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil sürür. Bu isə o deməkdir ki, Fikrət Feyziyevin özü ilə yanaşı, oğlu da qanunlarımıza meydan oxuyur. Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Onların bura hansı iş üçün gəldiyi isə bəllidir.
Göründüyü kimi, Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb. Biz Vergilər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyindən xahiş edirik ki, sözügedən otellərin fəaliyyətini dərindən araşdırsınlar. Araşdırma aparılsa, yəqin ki, hər iki otelin vergi borcları, habelə qadın ticarəti ilə bağlı çox dəhşətli faktlar üzə çıxacaq.
JAM.AZ onu da xəbər verir ki, «Clear» hotelin sahibi Fikrət Feyziyev ləğv olunmuş MTN-lə, xüsusən də bu nazirliyin Anti Terror Mərkəzinin rəisi general Elçin Quliyevlə də yaxın münasibətləri olub. Hələ bir neçə gün bundan əvvəl yazmışdıq ki, hotelin sahibi Elçin Quliyevə hər ay 1000 manat haqq verməklə, özünə himayəçi tapıb. Bundan başqa, hotelin otaqlarında Akif Çovdarovun verdiyi təlimat əsasında Elçin Quliyev gizli kameralar quraşdıraraq, imkanlı adamların, habelə məmurların özlərini və uşaqlarını şantaj etmək üçün çəkilişlər aparıb. Carlton travel şirketinin rehberi İlqar və Vugar Yusifovlar bu yuvanin daimi klientidilar və cox cinayatlara şərikdilar.
Məsələ ilə bağlı sensasiyalı məlumatlar var və yaxın günlərdə onları da oxuculara çatdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ilham Əliyevin oğurladığı pulları və gəlirini öyrənmək mümkün olacaqmı?
Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını açıqlamasını təmin etməlidir.
«Obamanın gəlir bəyannaməsi açıqlanıb», «Ötən il Medvedevin gəlirləri Putindən çox olub», «Petro Poroşenko 2014-cü ildəki gəlirlərini, ödədiyi vergi və bank vəsaitlərinin miqdarını açıqlayıb».Mediada belə xəbərlərə hər il rast gəlmək olar. Bəs Azərbaycanda? Niyə burada da prezident, nazir, bir sözlə, vəzifəli şəxslər öz gəlirlərini açıqlamırlar? İlkin cavab bəllidir: Azərbaycanda belə mexanizm yoxdur. Amma ardınca yenə sual doğur: Bəs həmin mexanizm niyə hazırlanmır?
Sənəddən sənədə ötürülən öhdəlik
Azərbaycanda icrasını gözləyən məsələlərdən biri də vəzifəli şəxsləri öz gəlirlərini açıqlamağa vadar edəcək qanuni tələbdir.
Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə – iyulun 21-də qəbul edilmiş «Dövlət qulluğu haqqında» qanunda öz əksini tapıb. Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər. Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir. Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.
Bu maddəyə görə, vəzifəli şəxslər hər il:
– mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə;
– vergitutma obyekti olan əmlakları barədə;
– kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
– şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə;
– şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;
– şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidirlər.
2005-ci ildə Nazirlər Kabinetinə 2 ay vaxt verilmişdi
Bu tədbirlərin icrası ilə əlaqədar 2005-ci il iyunun 24-də «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları»təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 2005-ci il 9 avqust tarixli fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Həmin fərmanla Ədliyyə Nazirliyi yerli özünüidarə orqanlarına seçilmiş şəxslərin bəyannamə formalarının qəbulunda məsul qurum sayılıb.
Hökumətə verilən, iki aydan 10 ildən çox keçsə də bəyannamə formasından xəbər yoxdur. Bu məsələ yeni qəbul edilmiş «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər görməlidir.
«Təklifimiz daha konkret və daha detallı idi»
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul deyir ki, 10 il ötsə də, Nazirlər Kabineti «Korrupsiyaya qarşı mübarizə haqqında» və«Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında» qanunların tələblərini yerinə yetirmir:
«Nazirlər Kabineti «Vəzifəli şəxslərin gəlirlərini bəyan etmək formaları»nı və digər uyğun normativ-hüquqi akt layihələrini hazirlayıb təsdiqləməli idi».
Açıq Hökumətlə bağlı yeni Milli Fəaliyyət Planında bu məsələnin yenidən gündəmə gətirilməsini bəyənən ekspertin öz təklifləri də olub:
«Yeni fəaliyyət planı layihə kimi müzakirəyə çıxarılarkən, həmin öhdəlik nəzərə tutulmamışdı. Biz İTM olaraq o zaman fəaliyyət planı layihəsinə «Vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsi mexanizminin yaradılması» adlı ayrıca bir istiqamət salınmasını təklif etmişdik. Dörd altbənddən ibarət təklifimiz daha konkret və daha detallı idi. Təklif edirdik ki, qanunvericilik bazası yaradılmaqla mexanizm işə salınsın, məlumatların on-line rejimdə elektron təqdim olunması təmin edilsin, məlumatlar ictimaiyyətə açıq olsun və ya hər il ictimaiyyətə açıqlanmasına dair tələb qanuniləşdirilsin. Üstəlik, tələb olunan məlumatları təqdim etməyən vəzifəli şəxslərlə bağlı inzibati məsuliyyət müəyyən edilsin».
«O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa…»
Ekspert yada salır ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun yeni qəbul olunarkən, vəzifəli şəxslərin müvafiq dövlət qurumlarına təqdim etdiyi məlumatlar kommersiya və ya bank sirri sayılırdı:
«Bu məlumatların yayılması qanunla müəyyənləşən məsuliyyət doğururdu. Göstərilən məlumatları yalnız Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və ya belə hüquqpozmalara görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tələb edilə bilərdilər. Qanuna görə, bu hallarda göstərilən məlumatlar yalnız məhkəmə qərarı əsasında veriləcəkdi. Sonradan mahiyyət etibarilə çox mürtəce yanaşma olan bu maddə qanundan çıxarıldı və onu «…məlumatlar qanunvericiliklə müəyyənləşmiş qaydada tələb edilə bilər» cümləsi əvəzlədi. Göründüyü kimi, məsələ yenə də açıq qalıb. O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa, vəzifəli şəxslərin gəlirlərinə dair məlumat təqdim etməsi də formal xarakter daşıyacaq».
«Qanunun icrasının gecikməsi…»
Ekspert Nazim Məmmədovun fikrincə, qanunun icrasının gecikməsi məmurların ictimai nəzarətdən kənarda qalmaq arzusundan doğur:
«Tətbiq olunsa, jurnalistlər, qeyri-hökumət təşkilatları, hüquq- mühafizə orqanlarının diqqət mərkəzindən yayınmaq mümkün olmayacaq. Eyni zamanda şəffaflıq arta bilər».
Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısını bir neçə yolla ala bilər:
«İlk olaraq gəlirlərin açıqlanması ictimaiyyətə və ya aidiyyəti qurumlara imkan verir ki, vəzifəli şəxsin varlanmasına və ya gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etsin. Bu məlumatların vaxtaşırı təqdim edilməsi müddətlər arasında şübhəli gəlir və ya xərclərini müəyyənləşdirməyə imkan verir və… Və şəxsdən bunun əsaslandırılmasının tələb edilməsinə və ya araşdırmalar aparılmasına şərait yaradır».
«Bəyannamə vəzifəli şəxsi korrupsiyadan çəkindirir»
Ə. Nuriyevin qənaətincə, bəyannamələr ictimaiyyətə təsirli siqnaldır:
«Beləcə, vəzifəli şəxslərin fəaliyyətində mümkün maraqlar toqquşmasını izlənə və bununla bağlı aidiyyəti qurumlara vaxtında məlumat verilə bilər. Bu həm də vətəndaşların dövlət qurumuna etimadını və vəzifəli şəxsin şəffaf fəaliyyətinə inamını artırır. Bəyannamələrin önləyici və çəkindirici özəlliyi var. Qanunsuz gəlirlərin üzə çıxarılması, bunların üzərində ictimai və ya kənar nəzarətin olması özəlliklə vəzifəli şəxsləri korrupsiya hallarına yol verməkdən çəkindirir».
Cinayetkar Ramil Usubovun qardaşı “Antiterror”un rəis müavini oldu
Keçmiş MTN-in Antiterror İdarəsinin rəis müavini, həbsxanada “intihar “edən İlqar Əliyevin yerinə təyinat olub. Məluata görə, MTN-in yerində qurulan strukturlardan biri, Antiterror İdarəsinin indi tabe olduğu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin əmri ilə Mütəllim Usubov bu posta təyin edilib.
Mütəllim Usubov daxili işlər naziri cinayetkar Ramil Usubovun qardaşıdır və bu təyinata qədər MTN/DTX-nin Yasamal şöbəsinin rəisi vəzifəsində çalışıb və şərəfsiz avtobioqrafiyasiyla meşhurdu.
Adi göz həkimin akademik adlandirdilar
27 aprel 2016-cı il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə, adi göz həkimin Zərifə Əliyevanı akademik adlandirdilar və 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Yalan təriflər ” Ümummilli” ananin 4 saat dayamadan davam edib.
Ilham Əliyevin vətəndaslara qarşı kredit tələsi ! ! !
Kredit borcuna görə vətəndaşların həbs edilməsi həm konstitusiyaya, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, hüquqşünaslar deyir. Azərbaycanda ötən ilin sonunda manatın qiymətinin kəskin azalmasından sonra əhalinin banklara kredit borcunun ödənilməsində problemləri yaranıb və son günlərdə kredit borcu olan şəxslərin həbs edilməsi ilə bağlı xəbərlər yayılıb. BBC Azərbaycancanın araşdırmasına görə, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Millət vəkili Vahid Əhmədov bu halı “təzyiq metodu” adlandırır və qeyd edir ki, bank sahəsində islahatlara ehtiyac var. Hüquqşünas Əkrəm Həsənov deyir ki, onda olan məlumata görə, son vaxtlarda azı beş adam kredit borcuna görə həbs edilib. O, bu sayın daha çox olmasını istisna etmir. Hüquqşünas düşünür ki, həbslər banklar, kollektor və icraçılar tərəfindən vətəndaşa təzyiq vasitəsi kimi istifadə edilir və son zamanlar borcular və zaminlərə qarşı geniş istifadə edilməyə başlanıb. “Borca görə həbslər həmişə olsa da, tək-tük idi. Həbsdən şikayət vermə müddəti də 10 gün olduğundan bəzən gec xəbər tuturuq. Məlumatı öyrənəndə isə heç nə edə bilmirik”, o deyir. Hüquqşünas bu həbslərin “insanlarda xof yaratmaq üçün” edildiyini qeyd edir və əlavə edir ki, onun təşkilatına müraciət etən vətəndaşların əksəriyyəti qorxuya düşüb. “Bizim yanımıza borc problemli vətəndaşlar gəlir. İşsizdi, əmlakı yoxdu və borcu ödəyə bilmir. İzah edirik ki, ödəyə bilmirsə, ödəməməlidir. Vətəndaş cavab verir ki, eşitmişəm, həbslər var. Buna görə, insanlar intihar edir, xəstələnir oğurluq edir. Borcunu istənilən yolla geri qaytarmaq üçün”, – cənab Həsənov bildirir. Borcu olan vətəndaşlara kömək etməyi hədəfləyən “Antikollektor” MMC-nin də rəhbəri olan Əkrəm Həsənov deyir ki, onların qurumuna ay yarım əvvəl bankda 7 min manata zamin durmuş və pul geri ödənilmədiyi üçün 10 sutka inzibati qaydada həbs edilmiş şəxs müraciət edib. Hüquqşünas, rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verildiyini, yalnız bu məhkəmənin də eyni qərarı qüvvədə saxladığını da əlavə edir. “Vətəndaş işsiz idi və 2-3 yaşlarında iki azyaşlı övladı var idi. Bu da məhkəmə qərarında yazılmışdı. Amma qərar qüvvədə saxlanıldı”, o deyir. Avropa Məhkəməsinə müraciət Son həftədə ölkədə pensiyaçılara kredit verilməsinin dayandırlmasından sonra açıqlama verən Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı deyib ki, borc yükünün gəlirlərə nisbəti göstəricisi daha real olmalıdır. Cənab Aslanlı ANS kanalına müsahibəsində bildirib ki, vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50 faizindən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir. Əkrəm Həsənov bildirir ki, əgər vətəndaşın gəliri yoxdursa, o borcunu ödəyə bilmirsə, bu onun təqsiri deyil. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, şəxsə cəza yalnız o təqsirli olarsa, verilə bilər. Hüquqşünas bu işlə bağlı bir neçə gün əvvəl Avropa İnsan Haqları məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, borca görə həbs olunma Azərbaycan qanunlarından əlavə Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. “Avropa məkəməsi fəaliyyəti boyunca yüzminlərlə qərarlar çıxarıb, amma borca görə həbsə dair Avropa məhkəməsinin bir dənə də qərarı yoxdur. Bu o deməkdir ki, Azərbaycan yeganə Avropa ölkəsidir ki, borca görə həbs baş verib. Bu, biabırçılıqdır”, o qeyd edir. Hüquqşünas yeganə ümidimiz “Avropa məhkəməsidir” deyir.
Əkrəm Həsənov kredit borcuna görə həbslər davam edərsə, nəticələrin pis olacağını da vurğulayır. “İntiharların sayı arta bilər. İnsanların psixoloji durumları pisləşəcək və cəmiyyətdə sosial gərginlik artacaq. Həm də bu, Azərbaycanın beynəlxalq imicinə zərbədir”, o əlavə edir. Ali Məhkəmənin sözçüsü Allahverdi Məmmədli deyir ki, işlə bağlı kassasiya şikayəti verilsə, araşdırma aparılar və o zaman o, məsələnin necə həll ediləcəyini “demək mümkün olar”. Bankların xeyrinə qərarlar Hüquqşünas Ələsgər Məmmədli də deyir ki, Avropa təcrübəsində qaydalara əsasən, borca görə şəxs həbs oluna bilməz. Onun sözlərinə görə, Azərbaycanda yerli məhkəmə borca görə, vətəndaşa ödəmə qərarı çıxarır. Ödəmə qərarı 2 ay ərzində icra olunmursa, “məhkəmə qərarına hörmətsizliyə” görə cinayət işi başlaya bilər və şəxs məhkum oluna bilər. Hüquqşünas bu halı “mahiyyət etibarı ilə borca görə həbs” kimi dəyərləndirir və bunun ciddi problem olduğunu deyir. Cənab Məmmədli deyir ki, onun müşahidələrinə görə, məhkəmə vətəndaşları deyil, bankları qorumaq üçün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə, ölkədə banklara borcu olanlar çoxdur və ödəmədə çətinliklər devalvasiyadan sonra yaranıb. “Mənim araşdırmama görə, Azərbaycanda 18 yaşdan yuxarı vətəndaşların təxminən 78 faizi ya banka borcludur, ya da zamindir. Mərkəzi bankın rəqəmlərinə görə, ölkədə 2 milyon 700 min borclu varsa, bu təxminən hər ailədə bir nəfərin borclu olması deməkdir. Rəsmi qurumlar tərəfindən borcları şişən vətəndaşlara güzəştlər olmalıdır”, o bildirir.