Büdcədən silinən pullar

turme_hebs_000Təkcə siyasi xarakterli məhkəmə proseslərinin bir neçəsini müşahidə etmək kifayətdir ki, ölkənin hansı vəziyyətə salındığını şəffaf şəkildə görək.

Bu da sirr deyil ki, ölkə həbsxanalarında yüzlərlə günahsız məhbus var. Kimisi sifarişlə, kimisi qarşı tərəfin daha çox pul ödəməsinə görə, kimisi başqasının cinayətinin qurbanına çevrildiyi üçün həbs həyatı yaşayır.

Qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Ermənistanda hər yüz min nəfərə 132, Gürcüstanda hər yüz min nəfərə 228 məhkum düşür. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına ölkəmiz Avropada 4-cü yeri tutur.

Ekspertlər hesab edir ki, Azərbaycanda məhbusların sayının çoxluğu birqayda olaraq həbs qətimkan tədbirlərinin seçilməsiylə bağlıdır. Yəni, cinayət məcəlləsində müxtəlif qətimkan tədbirləri nəzərdə tutulsa da, məqsədli şəkildə həbs qətimkan tədbiri seçilir.

Məsələni bir az da dərindən araşdıranda yenə də korrupsiya, yeyinti, qeyri-şəffaflıq ortaya çıxır. Belə ki, dövlət hər bir məhkuma il ərzində 4000 manatdan artıq pul xərcləyir.  Görünür, məhbusların sayının çoxluğu kimlərəsə sərf edir və büdcədən pul silmək imkanı yaradır.

Ümumiyyətlə, pis nümunlərin toplandığı siyahılarda Azərbaycanın adı var. Korrupsiyanın səviyyəsindən tutmuş, məhbusların sayına qədər ön sıralardayıq.

İlham Əliyevin xalqa qarşı zorakılığı davam edir

1461668234_4Sumqayıt polis idarəsində vəhşicəsinə öldürülən Rəşad Mehdiyevin qardaşı Elşən Mehdiyev deyir ki,qardaşımı aprel ayının 27-də Sumqayıt şəhər polis idarəsinin əmakdaşları qardaşımın başına qara torba keçirərək evdən apardılar. Sonra 37 yaşlı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncəyə məruz qalıb. O, idarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra – aprelin 29-da dünyasını dəyişib. Sonra deyirlər ki,AAMBŞ-ı Haqq Ədalət təşkilatı hakimiyyət əlehinə danışır . AAMBŞ-ı insanlarımızın başına gətirilən bu zorakılıq faktlarını görüb necə danışmasın ??? Rəşad Mehdiyevin nə günahı olub ki,ona zor tedbiq olunaraq öldürülüb ??? Bu hansı insanlığa,hansı vijdana,hansı hüquqa sığır ??? Niyə Sumqayıt şəhər polis idarəsində olan bu hadisəyə görə Daxili İşlər Nazirliyi açığlama vermir? ?? Niyə Sumqayıt şəhər polis idarəsinin rəisindən tutmuş əli olan bu işdə cinayətkarlar sorğuya alınmır ??? Niyə xalqımızın həyatına laqeyid münasibət bəsləyirsiz ??? Əziz Həmvətənlərim,bizi polis qorumur əksinə olaraq bizə qarşı düşmən mövqeyi tutub. Polisin xalqa qarşı düşmən mövqeyi tutması bir başa İ. Əliyevin göstərişi əsasındadır. Azad söz deyən və fərqli düşüncəli insanlarımızı boğmağa çalışır İ .Əliyev.Xalqımıza terror davam edir !!!!

Üzü Tüpürcəklilər

aliyev-munich-300x225Günün sitatı Fikret “Naxçıvan MR-in keçmiş MTN-inin sabiq şefi Vəli Ələsgərov deyir ki, onu haqsız həbs edib, işgəncə verib, təhqir edib, hətta üzünə tüpürüblər. Adama deyərlər, dünən sən günahsız insanları həbs edib, təhqir edib, işgəncə verib, üzünə tüpürürdün, bu gün sənin üzünə tüpürürlər, sabah da sənin üzünə tüpürənlərin,İ.Əliyevin,M.Əliyevanın,R.Mehdiyevin,B.Əyyubovun və başqalarınınd üzünə tüpürəcəklər. Çünki xislətiniz budur. Hamınız üzü tüpürcəklisiniz”… 24 ildir Azərbaycan xalqı diktator Əliyev reniminin qəddarlığına,haqsızlığna düçar olub. Hamınızın üzünə tüpürüləcək günə az qalıb.

Diktator İlham Əliyev xalqı bezdirib

1461668234_4Diktator İ. Əliyev və ona tabe olan məmurlar xalqı təmiz boğaza yığıb. Heç bir vətandaşımız dərdinə carə etmək üçün üz tutduğu dövlət qurumlarından kömək görmürlər. Dövlət qurumları vətəndaşa qulaq asmırlar . Özbaşnalıq və rüşvət davam edir. AAMBŞ-na məktub göndərən Ağdam rayonundan məcburi köçkün Sərdar Eliyev Azərbaycanda İ. Əliyevə verə bilmədiyi sualları AAMBŞ-ı vasitəsi ilə çatdırmaq istəyir. Bizdə AAMBŞ olaraq həmvətənmizin İ. Əliyevə ünvanladığı sualları olduğu kimi təqdim edirik. Sərhəd Əliyev,İlham Əliyevdən soruşur: —Əyər bir Səlim Mülümovla bacarmırsansa 9 milyonluq xalqı necə idarə edə bilərsən..? —Axı sən and içmisən..Niyə canımızı yığmısan boğazımıza.? —-Bu Heydər Əliyev adına muzeylər,heykələr,guşələr,şəkillər..Buna pul tapırsan,insanları yaşatmağa pul tapmırsan..? —Nə vaxta qədər bu fəlakət davam edəcək.?Bu camaatdan nə istəyirsən..? —Niyə imkan vermirsən bu insanlar yaşasın..?Necə yaşasın bu insanlar..? —Nə vaxt qurtaracaqsız bu insanlara etdiyiniz zülümləri.? —Bundan artıq nə deyim sənə..Sən özün otur özün fikirləş..Sənin də balaların var..!Bəsdir də..! Boğaza yığılan Sərdar Əliyev intihar etmək haqda düşünür. İ. Əliyevin xalqa qarşı olan həm mənəvi həm də iqtisadi teroru davam edir.

MTN-in gizli «yuvası»nın sahibinin övladlarının şok-FOTOLARI

«Clear» və «İron» otellərin sahibi olan Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşları yarım milyonluq maşınlarda gəzirlər

Bildiyiniz kimi, son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Əgər əvvələr bu tip obyektlər gizli şəkildə fəaliyyət göstərirdilərsə, indi hər şey açıq-aşkardır. Qeyd edək ki, bu gün əxlaqsızlıq yuvalarının əksəriyyəti otel, motel, istirahət mərkəzi adı altında pərdələnib. Həmin obyektlərdən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «Clear» otelidir. Bu oteldə cərəyan edən xoşagəlməz hadisələr, gənc qızların cinsi istismara məruz qalması və otelin sahiblərinin kim tərəfindən himayə olunması barədə mətbuatda çox yazılıb.
Bildirək ki, otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Əslən Yardımlı rayonundan olan bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar.
Qısaca vurğulamaq istəyirik ki, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır. Bu gün də sözügedən şəxslərin münasibəti çox yaxşıdır və Elman Qəmbərov müəyyən məsələlərdə Feyziyev qardaşlarına «krışa»lıq edir.
JAM.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir.
Məsələn, «instagram» sosial şəbəkəsində apardığımız axtarış nəticəsində öyrəndik ki, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər. Ən maraqlısı isə odur ki, oğul Feyziyevlərdən birinin yaşı avtomobil sürməyə imkan verməsə də, o atasının gücünə sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil sürür. Bu isə o deməkdir ki, Fikrət Feyziyevin özü ilə yanaşı, oğlu da qanunlarımıza meydan oxuyur. Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Onların bura hansı iş üçün gəldiyi isə bəllidir.
Göründüyü kimi, Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb. Biz Vergilər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyindən xahiş edirik ki, sözügedən otellərin fəaliyyətini dərindən araşdırsınlar. Araşdırma aparılsa, yəqin ki, hər iki otelin vergi borcları, habelə qadın ticarəti ilə bağlı çox dəhşətli faktlar üzə çıxacaq.
JAM.AZ onu da xəbər verir ki, «Clear» hotelin sahibi Fikrət Feyziyev ləğv olunmuş MTN-lə, xüsusən də bu nazirliyin Anti Terror Mərkəzinin rəisi general Elçin Quliyevlə də yaxın münasibətləri olub. Hələ bir neçə gün bundan əvvəl yazmışdıq ki, hotelin sahibi Elçin Quliyevə hər ay 1000 manat haqq verməklə, özünə himayəçi tapıb. Bundan başqa, hotelin otaqlarında Akif Çovdarovun verdiyi təlimat əsasında Elçin Quliyev gizli kameralar quraşdıraraq, imkanlı adamların, habelə məmurların özlərini və uşaqlarını şantaj etmək üçün çəkilişlər aparıb. Carlton travel şirketinin rehberi İlqar və Vugar Yusifovlar bu yuvanin daimi klientidilar və cox cinayatlara şərikdilar.
Məsələ ilə bağlı sensasiyalı məlumatlar var və yaxın günlərdə onları da oxuculara çatdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.








Ilham Əliyevin oğurladığı pulları və gəlirini öyrənmək mümkün olacaqmı?

177104B5-7FA1-4F5D-B026-5FF461A5649F_w640_r1_s_cx0_cy15_cw0Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını açıqlamasını təmin etməlidir.

«Obamanın gəlir bəyannaməsi açıqlanıb», «Ötən il Medvedevin gəlirləri Putindən çox olub», «Petro Poroşenko 2014-cü ildəki gəlirlərini, ödədiyi vergi və bank vəsaitlərinin miqdarını açıqlayıb».Mediada belə xəbərlərə hər il rast gəlmək olar. Bəs Azərbaycanda? Niyə burada da prezident, nazir, bir sözlə, vəzifəli şəxslər öz gəlirlərini açıqlamırlar? İlkin cavab bəllidir: Azərbaycanda belə mexanizm yoxdur. Amma ardınca yenə sual doğur: Bəs həmin mexanizm niyə hazırlanmır?

Sənəddən sənədə ötürülən öhdəlik

Azərbaycanda icrasını gözləyən məsələlərdən biri də vəzifəli şəxsləri öz gəlirlərini açıqlamağa vadar edəcək qanuni tələbdir.

Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə – iyulun 21-də qəbul edilmiş «Dövlət qulluğu haqqında» qanunda öz əksini tapıb. Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər. Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir. Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.

Bu maddəyə görə, vəzifəli şəxslər hər il:

– mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə;

– vergitutma obyekti olan əmlakları barədə;

– kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

– şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə;

– şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

– şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidirlər.

2005-ci ildə Nazirlər Kabinetinə 2 ay vaxt verilmişdi

Bu tədbirlərin icrası ilə əlaqədar 2005-ci il iyunun 24-də «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları»təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 2005-ci il 9 avqust tarixli fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Həmin fərmanla Ədliyyə Nazirliyi yerli özünüidarə orqanlarına seçilmiş şəxslərin bəyannamə formalarının qəbulunda məsul qurum sayılıb.

Hökumətə verilən, iki aydan 10 ildən çox keçsə də bəyannamə formasından xəbər yoxdur. Bu məsələ yeni qəbul edilmiş «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər görməlidir.

«Təklifimiz daha konkret və daha detallı idi»

Qalib ToğrulQalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul deyir ki, 10 il ötsə də, Nazirlər Kabineti «Korrupsiyaya qarşı mübarizə haqqında»«Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında» qanunların tələblərini yerinə yetirmir:

«Nazirlər Kabineti «Vəzifəli şəxslərin gəlirlərini bəyan etmək formaları»nı və digər uyğun normativ-hüquqi akt layihələrini hazirlayıb təsdiqləməli idi».

Açıq Hökumətlə bağlı yeni Milli Fəaliyyət Planında bu məsələnin yenidən gündəmə gətirilməsini bəyənən ekspertin öz təklifləri də olub:

«Yeni fəaliyyət planı layihə kimi müzakirəyə çıxarılarkən, həmin öhdəlik nəzərə tutulmamışdı. Biz İTM olaraq o zaman fəaliyyət planı layihəsinə «Vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsi mexanizminin yaradılması» adlı ayrıca bir istiqamət salınmasını təklif etmişdik. Dörd altbənddən ibarət təklifimiz daha konkret və daha detallı idi. Təklif edirdik ki, qanunvericilik bazası yaradılmaqla mexanizm işə salınsın, məlumatların on-line rejimdə elektron təqdim olunması təmin edilsin, məlumatlar ictimaiyyətə açıq olsun və ya hər il ictimaiyyətə açıqlanmasına dair tələb qanuniləşdirilsin. Üstəlik, tələb olunan məlumatları təqdim etməyən vəzifəli şəxslərlə bağlı inzibati məsuliyyət müəyyən edilsin».

«O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa…»

Ekspert yada salır ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun yeni qəbul olunarkən, vəzifəli şəxslərin müvafiq dövlət qurumlarına təqdim etdiyi məlumatlar kommersiya və ya bank sirri sayılırdı:

«Bu məlumatların yayılması qanunla müəyyənləşən məsuliyyət doğururdu. Göstərilən məlumatları yalnız Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və ya belə hüquqpozmalara görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tələb edilə bilərdilər. Qanuna görə, bu hallarda göstərilən məlumatlar yalnız məhkəmə qərarı əsasında veriləcəkdi. Sonradan mahiyyət etibarilə çox mürtəce yanaşma olan bu maddə qanundan çıxarıldı və onu «…məlumatlar qanunvericiliklə müəyyənləşmiş qaydada tələb edilə bilər» cümləsi əvəzlədi. Göründüyü kimi, məsələ yenə də açıq qalıb. O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa, vəzifəli şəxslərin gəlirlərinə dair məlumat təqdim etməsi də formal xarakter daşıyacaq».

«Qanunun icrasının gecikməsi…»

Nazim MəmmədovNazim Məmmədov

Ekspert Nazim Məmmədovun fikrincə, qanunun icrasının gecikməsi məmurların ictimai nəzarətdən kənarda qalmaq arzusundan doğur:

«Tətbiq olunsa, jurnalistlər, qeyri-hökumət təşkilatları, hüquq- mühafizə orqanlarının diqqət mərkəzindən yayınmaq mümkün olmayacaq. Eyni zamanda şəffaflıq arta bilər».

Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısını bir neçə yolla ala bilər:

«İlk olaraq gəlirlərin açıqlanması ictimaiyyətə və ya aidiyyəti qurumlara imkan verir ki, vəzifəli şəxsin varlanmasına və ya gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etsin. Bu məlumatların vaxtaşırı təqdim edilməsi müddətlər arasında şübhəli gəlir və ya xərclərini müəyyənləşdirməyə imkan verir və… Və şəxsdən bunun əsaslandırılmasının tələb edilməsinə və ya araşdırmalar aparılmasına şərait yaradır».

«Bəyannamə vəzifəli şəxsi korrupsiyadan çəkindirir»

Əliməmməd NuriyevƏliməmməd Nuriyev

Ə. Nuriyevin qənaətincə, bəyannamələr ictimaiyyətə təsirli siqnaldır:

«Beləcə, vəzifəli şəxslərin fəaliyyətində mümkün maraqlar toqquşmasını izlənə və bununla bağlı aidiyyəti qurumlara vaxtında məlumat verilə bilər. Bu həm də vətəndaşların dövlət qurumuna etimadını və vəzifəli şəxsin şəffaf fəaliyyətinə inamını artırır. Bəyannamələrin önləyici və çəkindirici özəlliyi var. Qanunsuz gəlirlərin üzə çıxarılması, bunların üzərində ictimai və ya kənar nəzarətin olması özəlliklə vəzifəli şəxsləri korrupsiya hallarına yol verməkdən çəkindirir».

Sərxoş Rövnəq Abdullayevin oğlu İstanbulda saxlanıldı

12369124_1668956360046819_5930799947922488154_nİstanbulda yol polisi reydi zamanı SOCAR rəhbəri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev saxlanılıb. Rəşad Abdullayev dostları ilə əyləncədən qayıdarkən İstanbulun Ortaköy bölgəsində reydə tuş gəlib. Bu barədə məlumatı Türkiyənin “Sözçü” internet portalı yayıb. Saytın məlumatına görə, olduqca içkili görünən Abdullayev, polislərin alkolmetrəyə üfürmək təklifini rədd edib və yol polisinə çətinlik törədib. Yol polisindən buraxılmağını tələb edən Abdullayev cibindəki Azərbaycan, Kaliforniya və Qatar sürücülük vəsiqələrini çıxarıb və onun üstünə ataraq “al, hansını istəyirsən, sənin olsun” – deyib. Bununla belə, millət vəkilinin oğlu cəza almaqdan yaxasını qurtara bilməyib. Polis onu 2000 türk lirəsi (1079 manat) cərimə və 2 illik sürücülük hüququndan məhrum edib. SOCAR rəhbərinin oğlu dostlarının avtomobilinə əyləşərək, hadisə yerini tərk edib.

Müəllimlərdən məcburi pul yığılir “ordunun ehtiyaclari” adiyla

images-cms-image-000018184 (1)Xəbər verildiyi kimi, ölkənin orta təhsil müəssisələrində müəllimlərin məvacibindən orduya yardım adıyla əlavə vəsait tutulur. “Azadlıq” radiosunun məlumatına görə, Qaraçuxur qəsəbəsindən, Gəncə şəhərindən bununla bağlı daxil olan şikayətlərdə vurğulanıb ki, müəllimlərin maaşlarından bəzən 1, bəzənsə 2 faiz pul tutulur.

Bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna yığıldığı bildirilsə də, müəllimlər buna inanmır. Gəncə şəhərindəki məktəblərin birinin müəllimi bütün məktəblərdə vəsaitlərin yığılmasına başlandığını söyləyib. O, hazırda bütün məktəblərdə maaşdan ən azı 2-3 manat yığılması kampaniyasının başladığını və həmin vəsaitin orduya dəstək məqsədilə edildiyini bildirib. Təhsil Nazirliyi bu təşəbbüsü pedaqoji kollektivlərdən gəldiyilə əlaqələndirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, silahlı qüvvələrin təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Cinayetkar Ramil Usubovun qardaşı “Antiterror”un rəis müavini oldu

12305998_1663593577249764_1071547926_nKeçmiş MTN-in Antiterror İdarəsinin rəis müavini, həbsxanada “intihar “edən İlqar Əliyevin yerinə təyinat olub. Məluata görə, MTN-in yerində qurulan strukturlardan biri, Antiterror İdarəsinin indi tabe olduğu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin əmri ilə Mütəllim Usubov bu posta təyin edilib.

Mütəllim Usubov daxili işlər naziri cinayetkar Ramil Usubovun qardaşıdır və bu təyinata qədər MTN/DTX-nin Yasamal şöbəsinin rəisi vəzifəsində çalışıb və şərəfsiz avtobioqrafiyasiyla meşhurdu.

Adi göz həkimin akademik adlandirdilar

489215_00727 aprel 2016-cı il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə, adi  göz həkimin Zərifə Əliyevanı akademik adlandirdilar və 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Yalan təriflər ” Ümummilli” ananin 4 saat dayamadan davam edib.