Ilham Əliyevin anti-milli siyasəti hər addımda özünü açıq şəkildə göstərir. Onun Rusiya sevgisi, milli maraqları Rusiyanın maraqlarına qurban verməsi hamıya bəlli olan həqiqətdir. Təkcə, Rusiyanın Qarabağ məsələsində tutduğu mövqe, bu ölkənin Ermənistana birmənalı dəstəyi və hökumətimizin bütün bu baş verənlərə seyrçi mövqeyi mənzərəni daha da şəffaflaşdırır.Amma bu qədər birmənalı dəstəyə baxmayaraq, Ermənistanda Rusiya əleyhinə yürüş-mitinqlər keçirilir, Putin rejimi qarşısında sərt tələblər qoyulur. Ilham Əliyev isə bütün məsələlələrdə hökmranlığı Rusiyanın öhdəsinə buraxıb.Burdan yazib Əlizeva bildiririg red ol !!!!!!!!
Siyasət
İlham Əliyevin reytinqi 0 faiz təşkil edir
Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti – 0%-i öz səsini İlham Əliyevə verərdi. Sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, dövlət başçısının belə aşaqi reytinqə və etimadsizliga sahib olması bütövlükdə uğursuz xarici siyasətin, iqtisadi inkişafin olmamasiyla bağlı atılan addımların, və s. nəticəsidir. Belə ki, rəyi soruşulanların əksəriyyəti prezident İlham Əliyevin xarici siyasətini dəstəkləmir: 87,3 % bu siyasəti “çox zeif” və ya “əsasən pis” qiymətləndirib.
Vidadi İskəndərli : kimin cəsarəti var ?
Uzun süren fasileden sonra nehayet kimse tapıldı . Bu gün jurnalist İlham Resulzade menden İnternet tel . üçün müsahibe alındı . Dostlara və düşmənlərə meslehet görerdim 30 d vaxt ayırıb baxsınlar . Her hala dostlar üçün de korrupsioner talançılara da marağlı olacaq .
Milli olmayan MILLİ ŞURANIN üzvü “MUHALIFETCI” Gültəkin Hacıbəyli

Azərbaycan xalqinin cevriliş etmək Konstitusiya hüququdur
Avropa Birliyinin 27 ölkəsinin demək olar ki, hamısının Kostitusiyasına nəzər yetirdik. Bu ölkələrdən 20-si respublika quruluşludur. Bu 20 ölkənin 17-nin Konstitusiyasında açıq-aydın qeyd olunub ki, heç kəs dalbadal iki dəfədən artıq prezident seçilə bilməz.
Əliyev Azərbaycan üçün təhlükəyə çevrilib.
Italiya və Almaniyada XX nəsrin əvvəllərində hakimiyyətdə olmuş faşizm ideoloji diktatura üzərində qurulmuşdu. Hitler daha da irəli gedərək, Mussolininin “buraxdığı boşluqları” doldurdu. Bu, bizim xalqın da yaşadığı tarixi prosesin yönünü müəyyən edən bir qlobal fenomen idi. Hitler alman xalqının sərvətlərini talamırdı. Ona təlqin edirdi ki, alman irqi dünyanın ən ali irqidir. Hitler özünü almanlar üçün təhlükəyə çevirmədi, əksinə, almanlarda elə bir ruh yaratdı ki, dünya Almaniyanı özü üçün təhlükə saydı.
Bu, faşizmin təbliğatı deyil. Sadəcə, bir incə fərqi kobudluqla göstərmək cəhdidir.
Əliyev Azərbaycan üçün təhlükəyə çevrilib. Dünya üçünsə, yüngül desək, gəlir yeridir – ona “xox” gəlib, ölkənin sərvətlərini talayırlar. Çünki o, əzənlərin deyil, əzilənlərin diktatorudur. Ilham Əliyev Azərbaycanın qamarlana biləcək bütün sərvətlərinə iddia edir. Və məcazi mənada, qucağı tutduğu qədər onu əldə edir. Diktatura özünün hakimiyyəti bölməmək metodları ilə də fərqlənir.
Çekist Heydər Əliyev kimi satıb, kimlərdən donos yazıb?
Çekist Heydər Əliyevin sirli illəri
Bizim ölkəmizdə dünyanı idarə edən gizli qüvvələr, illah da “masonluq” barədə söhbətlərə hər tinbaşı rast gəlmək olar. Bir çoxları lətifə mövzusu olan bu söhbətlərin yaranma, çiçəklənmə səbəbi hardasa başadüşüləndi. Məchulluq insan təbiətini həmişə özünə cəlb edib. Dünyanın hər yerində belədir, bizdəki fərqlilik isə gizliliklər barədə söhbətlərin çox bəsit olması, daha çox qulağa dolan sözlərə, fantaziyalara əsaslanmadır.
Azərbaycandakı qəribəliyin bir cəhəti də budur ki, ölkə özü sirri-xuda olsa da, bura nəzər yetirən azdır, adamlarımızın çoxu geopolitik olmağa meyllidir. Məsələn, özümüzdənsə, Bukingem sarayındakı gizli idarəetmə, Pentaqon rəhbərliyinin şəxsiyyətindəki gizli çalarları üzə çıxarmağa daha çox təşnədilər. Bir detal: köhnə “KQB” dünyada heç də masonluqdan maraqsız, mübhəm quruluş olmayıb. Azərbaycan da uzun illər “KQB”yə rəhbərlik etmiş şəxsin – Heydər Əliyevin idarəetməsi altında olub. Bu gün də onun üsul və fəlsəfəsilə Azərbaycan yönəldilir. Gəlin, özümüzə sual verək: Heydər Əliyev köhnə çekist kimi bizim ölkədə nə dərəcədə araşdırılıb, bu məqama hansı səviyyədə ciddi yanaşılıb?Çekist Heydər Əliyev kimi satıb, kimlərdən donos yazıb?
Heydər Əliyevin xoşlamadığı keçmiş mövzu
Heydər Əliyevin xüsusi xidmət orqanında fəaliyyəti 25 ili (1944-1969) əhatə edib. Bu məqam sizin diqqətinizi çəkibmi heç? Siyasi rəhbərliyi dövründə Heydər Əliyev, hətta epizodik olduğu hadisələrdə iştirakını, şəxsiyyətini dəfələrlə şişirdib bu haqda danışsa da, nədənsə, o 25 illik fəaliyyətindən heç danışmazdı, yaxud ümumi sözlərlə o illərin üstündən keçərdi.
Heydər Əliyevin TGRT telekanalına verdiyi maraqlı bir müsahibə var (13 noyabr 1996-cı il). Müsahibənin məzmunu göstərir ki, müxbirlər yaxşı hazırlaşıb və onları maraqlandıran əsas mövzu Heydər Əliyevin çekist fəaliyyəti olub. Müxbirin “Siz KQB-də əsasən hansı işlə məşğul olurdunuz?” kimi israrına Heydər Əliyevin cavabı belə olmuşdu: “Elə bir şey deyil ki, bu barədə geniş danışım. Geniş danışsam, gərək sizinlə beş saat söhbət edək. Ona görə də vaxtınızı belə şeylərə itirməyin”.
Bəli, Heydər Əliyev də, onun ardıcılları da heç vaxt KQB-dəki Əliyev barədə düşünməyi, ona vaxt ayırmağı məqbul bilməyiblər. Halbuki, Azərbaycanın yeni tarixində bunun qədər vaxt ayrılası az mövzu var.
Bu məqalədə iddia heç də Heydər Əliyevi tam tanıtmaq deyil. Ancaq əlimizdə olan materiallarla bir az fərqli Əliyevi görə biləcəyik.
Heydər Əliyevin təvəllüdü və iş müddəti üzərində şübhələr
Hakimiyyətin bütün informasiya vasitələrində, dərc etdiyi kitablarda Heydər Əliyevin “KQB”də (o vaxtlar DTK) işə başlama tarixi 1944-cü il göstərilib. Heydər Əliyev TGRT-dəki məlum müsahibəsində deyir: “KQB-də günlərim, aylarım çox olub. 25 yaşımdan başlayaraq, orada 27-28 il işləmişəm”.
Indi biz bəzi elementar riyazi hesablama aparmalıyıq.
Heydər Əliyevin rəsmi bioqrafiyasında təvəllüdü 1923-cü ildir. Onun 25 yaşı olanda, bu, 1948-ci il edir. 1948-ci illə 1969-ci il (Heydər Əliyevin KQB-dən ayrıldığı tarix) arasında məsafə 21 ildir. Nəsə düz gəlmir, elədirmi?
Gəlin, ümid edək ki, bu, Heydər müəllimin riyazi rəqəmlərlə düzgün davranmadığına görə üzə çıxan xətadır. Lakin bir çox mənbələrdə Heydər Əliyevin doğum tarixinin 1919-cu il yazıldığını xatırlayanda, onun 25 yaşında işə düzəlməsi 1944-cü ilə təsadüf edir. Bilirəm, indi deyəcəksiniz ki, bəs bu halda, staj 27-28 il etmir axı…
Səbrli olun.
Heydər Əliyevin ilk iş yeri Naxçıvan MSSR Xalq Daxili Işlər Komissarlığında olub. Gənc Heydər Əliyev burada kifayət qədər ciddi vəzifə tutub: Arxiv idarəsinin məxfi hissə müdiri. Bu, 1941-ci ildə baş verib. Iş Daxili Işlər Komissarlığının tərkibində olsa da, adı üstündədir, şübhə doğurmur ki, bu post elə “KQB”nin ştatı olub.
Zənnimcə, biz rəqəmləri bir az aydınlaşdırmalıyıq.
Heydər Əliyevin “KQB” təhsili
Müəllif olaraq, mənə bəlli deyil ki, o zamanlar bu sahədə xüsusi və əsaslı təhsil nə qədər müddəti əhatə edib. Heydər Əliyevin rəsmi bioqrafiyasına əsaslansaq, belə demək olar ki, görkəmli çekist olmaq üçün tədrisdən çox fitri istedada sahib olmaq lazım imiş. Çünki Heydər Əliyevin ayrı-ayrı zamanlarda 3 dəfə – Bakı, Leninqrad, Moskvada aldığı təhsilin ümumi müddəti 3 ildən bir qədər çox olub.
Heydər Əliyevin əməliyyatları
Siz heç Heydər Əliyevi “KQB” zirvəsinə aparan yoldan xəbərdarsınızmı? Onu sədrliyə hansı uğurları aparıb? Ümumilikdə, “KQB” nədir – bunu təsəvvür edirik, bəs Heydər Əliyev orada nə ilə fərqlənib? Bilirəm, bu suala hər kəsin öz cavabı var, bəs rəsmi sənədlər, açıqlamalar bu barədə nə deyir? Qeyd etdiyimiz kimi, Heydər Əliyev özü də bu haqda danışmazdı. Baxmayaraq ki, artıq nə onun xidmət etdiyi köhnə qurumlar (SSRI, KQB) vardı, nə də o qurumların düşmənləri… Daha doğrusu, “düşmənlər” vardı, onların statusu dəyişmişdi.
Yanılmıramsa, Azərbaycan mediasında ilk dəfə “Günaydın” qəzeti (1999) Heydər Əliyevin “KQB”dəki əməliyyatından söz açdı. Bu, “Alagöz” əməliyyatı idi. Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatı olmuş Turqut Ər də özünün “Azadlıqdan tiranlığa” kitabında bu əməliyyatdan söz açdı. Bu heç də Heydər Əliyevin xeyrinə deyildi. Göstərilirdi ki, Türkiyədə 60-cı illərdə Süleyman Dəmirəl hökuməti zamanı sağçı-solçu qarşıdurmasının qanla yatırılmasına bu əməliyyatda Heydər Əliyev dəstək olub.
“Alagöz”ə qayıdacağıq, indi isə sual: Heydər Əliyevin müəlliflik etdiyi əməliyyatlar hansılardır?
Araşdırma göstərir ki, bu haqda açıq danışılmağa 2009-cu ildən başlanıb. Hökumətyönlü qəzetlərdə, MTN rəhbəri Eldar Mahmudovun çıxışlarında Heydər Əliyevin məxfi əməliyyatları o zamandan səslənib.
Hələlik ictimaiyyətə açıqlanan o əməliyyatlar barədə çox xəsisliklə də olsa, məlumatlar yayılıb. Onların təfərrüatlarına varmaq təhqiqatçıların işidir. Əminəm ki, MTN-nin geniş ictimaiyyətin diqqətindən kənarda qalmış “Heydər Əliyev və Milli Təhlükəsizlik Orqanları” adlı kitabından biz Heydər Əliyevin məxfi işlərindən az da olsa, agah ola bilirik. “Duel”, “Alagöz”, “Naturalist”, “Izuver”, “Axito” – bunlar həmin kitabda, eləcə də Eldar Mahmudovun çıxışında göstərilən, Heydər Əliyevin başçılıq etdiyi əks-kəşfiyyat əməliyyatlarıdır.
“Alagöz”
Çox qəribədir, kitabda bu əməliyyatların hamısı barədə müəyyən məlumatlar olsa da, bizim həyəcanımıza səbəb olan “Alagöz”ün üstündən ötəri keçilib. Yalnız qeyd edilib ki, 1957-ci ildə “Alagöz”ə görə Əliyev təltif olunub. Göründüyü kimi, 1957-ci il söhbəti Süleyman Dəmirələ dəstəyi inkar edir. Lakin tam əminlik üçün “1957-ci il”i göstərən foto-fakt ortada yoxdur. Yalnız SSRI DTK-sından Azərbaycan DTK rəhbərliyinə gələn məxfi məktubdan parça var ki, “Alagöz”ə görə Heydər Əliyev və onun rəisi E.Məmmədov mükafatlandırılsın.
“Alagöz”lə bağlı dəqiq olan budur ki, o əməliyyat Türkiyəyə qarşı aparılıb və şübhəsiz ki, Sovet Azərbaycanının marağına uyğun olaraq…
Axtarışlar zamanı jurnalist Şöhrət Eldənizin, mənbə göstərilməsə də, “Alagöz”lə bağlı qeydini tapdıq. O yazır: “1947-ci ildən Amerikanın Mərkəzi Kəşfiyyat Idarəsi Türkiyənin və Iranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə SSRI-yə qarşı fəaliyyət göstərirdilər. Və bu işdə ən çox istifadə etdikləri insanlar keçmiş Sovet vətəndaşları idi. Məsələn, kod adı ”Alagöz” olan agent Astarada anadan olmuşdu. Böyük Vətən müharibəsi zamanı Irana gedib oradan da Türkiyəyə qaçmışdı. Və Türkiyənin Xüsusi Xidmət Orqanı əməkdaşlarının nəzarətinə düşmüşdü. Onu ələ alıb hazırladıqdan sonra yenidən Azərbaycana göndərmişdilər. Bakıda isə Heydər Əliyevin rəhbərliyi altında əməliyyat qrupu onu həbs edib, ikili agentə çevirərək, geriyə Türkiyəyə qaytardılar. Türkiyədə onu uzun müddət yoxladıqdan sonra o, yenidən Azərbaycana gəldi. Və bu əməliyyat oyunu 1950-ci ilə qədər davam etdi. Məhz onun əməyi nəticəsində Azərbaycan DTK-sı Türkiyə agentlərinin adını, ölkəmizə keçid marşrutlarını, burada görülən işlərin planını öyrənə bildi”.
Heydər Əliyevi DTK-ya sədr gətirən əməliyyat
Separatizm və mif yaratma ustadı…
Heydər Əliyevin “KQB” fəaliyyətini diqqətlə nəzərdən keçirəndə müstəqil Azərbaycanda ona, onun qurduğu sistemə qarşı duran müxalifətçilərə “afərin” deməkdən başqa əlac qalmır. Onun bioqrafiyası arayış verir ki, Heydər Əliyev təkcə siyasətçi olmayıb, amansız dağıdıcı “silaha” sahib insan olub və bu silah daha çox ölkədaxili rəqiblərinə, onu bəyəməyənlərə qarşı tətbiq edilib. Onun “silahı” nədir? Əlbəttə ki, peşəsi, “KQB”də birbaşa məşğul olduğu iş. Biz o işlərdən bəzilərini açıqlayacağıq.
Heydər Əliyevin ritorikasında “separatizm, Azərbaycanı parçalayırdılar” sözlərinə onu dinləyən hər kəs şahiddir. Bu gün siyasi tərəfi olmayan sadəlövhdən belə soruşsanız ki, Heydər Əliyevin xidməti nədir, deyər, ölkəni parçalanmaqdan, separatizmdən qurtardı.
Onun müxalifləri hələ lap qədimdən, deyəndə ki, qardaşlar, bacılar, o separatizmlərin arxasında elə Heydər Əliyev özü dayanıb, buna inanan az olur. Fəqət, Heydər Əliyevin keçdiyi ömür yolunu izləyəndə yaxın tariximizin “separatizm” hadisələrinə rəsmi təqdimatdakı kimi baxmağa kifayət qədər əngəl yaranır.
Heç kim udutmayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsinə, hakimiyyətdə möhkəmlənməsinə bu separatizm olayları kömək edib. Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatı olmuş Turqut Ərin “Azadlıqdan tiranlığa” kitabında SSRI “KQB”nin tərtib etdiyi arayışa əsasən iddia olunur ki, siyasi revanşını təmin etmək üçün Heydər Əliyev Dağlıq Qarabağ və Bakıda millətlərarası konfliktin qızışdırılması, separatizmin körüklənməsi üçün əmək sərf edib. Burada mütləq bir incə məqam var, Heydər Əliyev barəsində ən kəskin fikir belə, onu deməyə əsas verməməlidir ki, o olmasaydı, ölkədə separatizm də olmazdı. Xeyr, belə meylli adamlar şübhəsiz var, sadəcə, bu işin peşəkarı onları “oyuna” çəkərək, səhnə yarada bilib və öz siyasi hakimiyyətini qüvvətləndirməklə, paradoksal olsa da, cəmiyyəti zəiflədib. Gəlin, ehtimalları dayandıraq, faktlara üz tutaq.
Heydər Əliyevin Naxçıvan “KQB”dəki iş dövrü 50-ci ilədəkdir. Onun bu dövrü barədə lap az məlumatlar var. Həmin müddətdə diqqətçəkən fakt Heydər Əliyevin “separatizmə” dəstək olmasıdır. Söhbət hansı separatizmdən gedir?
Heydər Əliyevin Naxçıvan “KQB”də (o zaman NKVD) işə başlaması dövrü Iranda sovet siyasətinin aktivləşmə vaxtına təsadüf edirdi. 1944-cü ilin mayında SSRI hökuməti “Cənubi Azərbaycan əhalisinə mədəni və iqtisadi yardımın gücləndirilməsi tədbirləri haqqında” məsələni müzakirə edir və ora 620-dən çox mütəxəssis göndərilir. “Düşmən təxribatçı ünsürləri neytrallaşdırmaq məqsədilə agentura kəşfiyyat işinin genişləndirilməsi” də bu dövrə təsadüf edir.
MTN-nin dərc etdiyi kitab (“Heydər Əliyev və təhlükəsizlik xidməti orqanları”) da şahidlik edir ki, həmin vaxt Iran hesabına sərhədlərini genişləndirmək niyyətinə düşən SSRI Şimali Iranda Azərbaycan əhalisinin etiraz mitinqləri və yürüşlərinin təşkilini, Iranın şəhər və kəndlərinə agentlərin cəlb olunmasını da Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət sahəsinə aid etmişdi. Belə bir vaxtda Heydər Əliyev Naxçıvan XDTK-də Iranla bağlı istiqamətdə kuratorluq edib.
Kuratorun qarşısında “Cənubi Azərbaycan və Şimali Iranın digər ərazilərində separatçılıq hərəkətlərinin təşkili üzrə tədbirlər haqqında” vəzifə öhdəliyi də olub. Bu isə təxəyyül məhsulu deyil. Ümumittifaq Kommunist partiyası siyasi bürosu 1945-ci ilin 6 iyununda belə qərar qəbul edib.
MTN-nin dərc etdiyi kitabda, eləcə də araşdırdığımız açıq mənbələrdə Heydər Əliyevin Iranla bağlı nə iş görməsi haqda xəsisliklə məlumat verilir. Təxminən bir cümlə: “Naxçıvan XDTK-də Iranla bağlı istiqamətə kuratorluq edən Heydər Əliyev bu və ya başqa şəkildə sovet xüsusi əməliyyatçılarının və əks-kəşfiyyat mühafizəsində iştirak edirdi”.
1950-ci ildə Heydər Əliyev Leninqradda keçdiyi il yarımlıq kursdan sonra qısa müddətə Naxçıvana qayıdır, sonra isə baş leytenant rütbəsilə Bakıya işə cəlb olunur. Elə həmin ildə “KQB”də 2-ci şöbədə bölmə rəisi təyin edilir. 1953-cü ildə o artıq şöbə rəisi olur. 1955-ci ildə isə bu vəzifədən uzaqlaşdırılır, daha aşağı vəzifəyə salınır. Heydər Əliyevin öz izahına görə, bu, oradakı ambisiyalı şəxslərin paxıllıqdan törətdiyi plan olub. Məncə, bu məqam da tariximizin çox qaranlıq səhifələrindəndir. Çünki biz Heydər Əliyevi vəzifədə aşağı salan adamların fikrini eşitmək imkanında deylik.
Xülasə, 1958-ci ildə artıq Heydər Əliyevin əlində bütün əks-kəşfiyyat strukturlarına hökm etmək səlahiyyəti olur. Və onun müəllifliyilə yazılan, “Azadlıq”ın ötən sayında adları çəkilən məxfi əməliyyatlar bu dövlərə və ondan sonraya təsadüf edir.
Kitabda yazılıb ki, Əliyevin bilavasitə rəhbərliyi altında ondan çox əcəbi diplomatın qeyri-qanuni fəaliyyəti müəyyənləşib və SSRI Xarici Işlər Nazirliyinin əmrilə o şəxslər “persona non qrata” (arzuolunmaz şəxslər) elan edilib.
Heydər Əliyevin çekist kimi özəlliyi həm də onun “xüsusi əfsanə” yaratmaq bacarığı olub. Bu əfsanələr agentlər üçün düşünülürmüş, yəqin, indi də belədir. Bu faktı keçmiş “KQB” şefi Ziya Yusifzadə də bir müsahibəsində vurğulayıb. Bu məqamda mərhum jurnalist Elmar Hüseynovun Heydər Əliyevi “mif yaratma ustadı” adlandırmasını yada salıb, barmağını dişləməyə bilmirsən. Məqalənin tonunu bir az yüngülləşdirmək üçün Elmardan iqtibas verək: “Heydər Əliyev sağlamlığı ilə bağlı həmişə mif yaradıb. Miflərin biri o, hakimiyyətə gələnə qədər idi, deyirdilər ki, qoca kişidir, sağlamlığı da yerində deyil, imkan verin, bir az işləyib Azərbaycanı sahmana salsın, ondan sonra kim nə edər, edər. Sağlamlıqla bağlı ikici mif Heydər Əliyev hakimiyyətə yiyələnəndən sonra dövriyyəyə buraxıldı: Heydər Əliyev heç vaxt xəstələnməyib, iynə belə vurdurmayıb, xüsusi yoqa ilə məşğuldu və s”.
Heydər Əliyevin rəhbərlik etdiyi məxfi əməliyyatlardan biri və onun karyerasına əhəmiyyətli təsir edən “Duqlas” əməliyyatı olub. 1958-ci ilin sonlarında Ağcabədi tərəfdə “Duqlas S-16″ təyyarəsi vurulur. Təyyarədən enən 9 nəfər amerikalı axtarılıb tapılır və onlarla şəxsən Heydər Əliyev söhbət aparıb, nələrisə əldə edir.
“Naturalist” adlı əməliyyat da maraqlıdır. “Naturalist” 1942-1945-ci ildə Hitlerin qərargahında işləmiş adamdı. Onun əsas vəzifəsi Almaniyanın satelleti olan ölkələrin hərbi-texniki və hərbi-iqtisadi potensialını öyrənmək, onları təhlil edib ümumiləşdirmək imiş. Bunun üçün o, bir çox Şərq, Qərb ölkələrində, eləcə də SSRI-də olub.
“Naturalist” Bakıya səfərini 1964-cü ildə turist kimi reallaşdırır. Onun “ram edilməsi” Heydər Əliyevə tapşırılır və o, bunu bacarır. “Naturalist” əməkdaşlığa cəlb edildikdən sonra Heydər Əliyev iki dəfə Almaniyaya ezamiyyətə də gedir. Görünür, bu əməliyyatın uğuru onun DTK-ya sədr gətirilməsini şərtləndirir.
Bunlardan başqa Heydər Əliyev 50-60-cı illərdə “Duel”, “Axito”, “Izuver” kimi məxfi əməliyyatlara da rəhbərlik edib. Onların hamısı Türkiyə, Iran, Almaniya xüsusi xidmət orqanlarının agentlərinin ələ alınıb öz dövlətinə qarşı işlədilməsindən ibarətdir.
Qayıdaq məqaləmizin lap əvvəlinə, o yerə ki, biz Heydər Əliyevə qarşı dayanan insanlara qəhrəmanlıqlarına görə təşəkkür etməyi vacib saydıq. Indi özünüz düşünün, SSRI kimi azman dövlətə, ABŞ, Almaniya kimi qüdrətli dövlət agent yollayır və onlar Heydər Əliyevin tələsinə düşür. Bəziləri nəinki tələyə düşür, hətta “KQB”yə işlədilir. Belə bir bacarıqlı (təəssüflə qeyd edilməlidir ki, daha çox xalqa qarşı istifadə edilən bacarıq) şəxsin müxalifəti olmaq asan işdirmi?
Nəzərə alınmalıdır ki, bu gün də əslində, iş başında Heydər Əliyevdir, onun ideyalarıdır. Müxalifətə də siyasi təsisatdan daha çox əks-kəşfiyyat predmeti kimi yanaşılır, ona qarşı miflər, separatizm metodları şiddətlə tətbiq olunur. Buna görə könlünü müxalifətçiliyə verən xüsusən gənc siyasətçilər qarşı tərəfi yaxşı tanımalı, həvəskarlıqdan qaçmalı, daha çox öz üzərlərində işləməlidir.