Beyləqanın icra başçısından yeni «ixtira», bir maşınlıq yollar «tikir»

878331_476872.jpgVaqif Abdullayev rayonun mərkəzində bir maşınlıq yollar «tikir», asfaltın qalınlığı isə 8 sm-dən 3-sm-ə endirilib

Son günlərin «qəhrəmanı»na çevrilən Beyləqanın icra başçısı Vaqif Abdullayev artıq camaat tərəfindən bir sıra adlara layiq görülüb. Bu barədə JAM.AZ-a rayondan məlumat veriblər.
Qeyd edək ki, Yaponiya səfiri ilə tualet açılışı təşkil etdiyinə görə, günün «qəhrəmanı»na çevrilən icra başçısı, məsələyə hələ də aydınlıq gətirməyib. Üstəlik, həmin açılış mərasimi ilə bağlı məlumatlar İcra Hakimiyyətinin rəsmi saytında da yayımlanıb.
JAM.AZ xəbər verir ki, Beyləqan camaatı ayaqyolu açılışı təşkil edən icra başçısından yolları düzəltməsini də istəyirlər. Onlar deyirlər ki, uzunmüddətdir rayonun mərkəzi də daxil olmaqla, yollar bərbad gündədir və onların asfatlanması üçün zəruri olan bütün addımlar atılıb. Lakin büdcədən vəsait ayrılmasına rəğmən, hələ də toz-torpaq içində boğulmaqda olan beyləqanlılar sonradan biliblər ki, məsələ heç də onların düşündükləri kimi deyilmiş.
Bildirək ki, Beyləqan rayonunun mərkəzi sözün həqiqi mənasında müharibə zonasını xatırladır. Çünki hər addımda qazılmış «səngər»lər, quyular insanları yolun bu üzündən o biri üzünə keçməsinə əngəl olur. Qışda palçıq dizə çıxır, yaydasa toz əlindən nəfəs almaq ayrı bir müsibətə çevrilir.
Rayondan JAM.AZ-a verilən məlumatda deyilir ki, Vaqif Abdullayev yolların bu vəziyyətdə qalmasından məmnundur, hətta bu, onun maraqlarına cavab verir. Çünki icra başçısı yol məsələsini özünün əsas qazanc yerinə çevirib. Hazırda rayonun mərkəzindəki bəzi küçələrin asfaltlanması prosesi həyata keçirilir. Di gəl, bu asfalt döşənməsi prosesi heç bir standratla uyğun gəlmir. Məsələn, döşənmiş asfaltın eni heç bir maşının normal şəkildə hərəkət etməsi üçün yetərli deyil. Yəni, yolun eni böyük olsa da, döşənən asfalt yalnız bir maşın üçün nəzərdə tutulub.
Vaqif Abdullayevin bu işlərdən necə qazanc etdiyinə gəldikdə isə qeyd edək ki, burada əsas məsələ sənədləşdirmədən ibarətdir. Belə ki, Beyləqanda yollara döşənən asfaltın qalınlığı sənədlər üzərində 8 sm göstərilsə də, reallıqda qalınlıq 3-4 sm-dən o yana keçmir. Bu isə o deməkdir ki, ayrılmış pulların yarısı elə bu yolla da «özünküləşdirilir».
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xalqı barmaqina sarıyan İ.Əliyev

6_tnBu yaxınlarda cəbhə bölgələrinə xanımı M.Əliyeva ilə səfər edən prezident İ. Əliyev əhali ilə görüşündə belə fikir bildirmişdir. ” Bizə atəşkəsi erməni tərəfi xahiş etmişdir. Bizdə erməniləri nəzərə alaraq atəşkəs elan etdik ” . Bu fikir həm təəcüblüdür həm də təəcüblü deyil. Birinci ona görə təəcüblü deyil ki,H.Əliyev bildirmişdir ki,məndə Şaumiyanın əmdiyi sütdən əmmişəm. Burdan aydın olur ki,həm H.Əliyevin həm də İ. Əliyevin qanında erməni qanı qarışmışdır və öz qohumlarına güllə atmayacaqları məlum olur. Həm də təəcüblüdür ona görə ki,ermənilərin xahişini yerinə yetirən İ. Əliyev niyə 9 milyon insanın xahişini yernə yetirmir ? Niyə İ. Əliyev evsiz,işsiz Qarabağ əlillərinin saysız hesabsız göndərdikləri xahiş və istək məktublarını cavabsız qoyur ? Niyə hər gün artan intiharların qarşısını almaq üçün intihar etməmişdən öncə insanların xahişlərinə qulaq asmayıb dərdlərinə şərik olub intiharların qarşısını almır ? Niyə şərlənərək həbs olunan siyasi məhbusları azad etmək üçün dünya ölkələrinin və xalqın xahişlərini eşitmir ? Əziz və hörmətli oxucular,bu suallar çoxdur və hamısıda cavabsiz olaraqda qalır. İ. Əliyev ermənilər və ermənipərəst qüvvəllər tərəfindən idarə olunan qəddar diktatordur. İ. Əliyev xalqa zülüm və əziyyət verməkdən zövq alır. Qarabağı ermənilərə H.Əliyev satdı ,indi isə İ. Əliyev özü atasının ənənəsinə sadiq olaraq torpağları ermənilərdən geri istəmir. Nə qədər ki, YAP diktaturası hakimiyyətdə olacaq Qarabağın azad olmaq şansı sıfıra bərabərdir.

Bura Azerbaycandir, İcra başçısı oğluyla birgə klip çəkdirir

1462332873_aliAlı Alıyev Elvin Alıyevin imicini bərpa etmək üçün unikal vasitələrə əl atmağa başlayıb

Xəbər verdiyimiz kimi, Füzuli rayon Polis Şöbəsində zabit kimi adı gedən, lakin gününü Bakıda əyləncələrdə keçirən icra başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin durumu fənadır. JAM.AZ xəbər verir ki, məsələnin mətbuata çıxmasından sonra çətin duruma düşən ata Alıyev oğlunu rayona çağırıb, bir müddət orada qalmasını istəsə də, buna qismən nail ola bilib.
Amma yerlə bir olmuş imicin yenidən bərpa edilməsi üçün Füzulinin icra başçısı müxtəlif vasitələrə baş vurur. Məsələn, o, aprel müharibəsi zamanı rayonda olmayan və Bakıda yerli uşaqlar tərəfindən döyülən oğlunu təcili Füuzliyə çağıraraq, orada plan qurur. Həmin plana əsasən Alı Alıyev oğluyla birlikdə cəbhə xəttinə gedərək, əsgərlərlə görüşməli və onlara hədiyyələr bağışlamalıydı. Təbii ki, bütün bunlar videolentə alınıb, mətbuatda və TV-lərdə yayımlanmalıydı. Söhbətin üstünün açılmasından sonra icra başçısı bu planını təxirə salmalı oldu. Çünki nəticə etibarı ilə üzünə söz gələcəyinin fərqinə varmağa başlamışdı.
JAM.AZ xəbər verir ki, Alı Alıyev oğlu Elvin Alıyevin imicini bərpa etmək üçün yeni bir taktika seçib. Və bu taktika indiyə qədər heç kimin ağlına belə gəlməyib. Belə ki, Alı Alıyev və oğlu ötən həftənin sonlarında məşhur dərzilərdən birinin yanına gedərək, ondan hər ikisi üçün hərbi forma tikməsini xahiş ediblər.
Sual oluna bilər: Bu işin qəbahətli tərəfi nədir? Qətiyyən, hərbi forma tikidirməkdə qəbahət olacaq bir şey yoxdur. Əksinə, təqdir olunacaq tərəfləri var. Lakin ortadakı niyyətin və marağın qəbahətli olduğu açıq-aydındır.
JAM.AZ xəbər verir ki, Alı Alıyev və oğlunun məqsədi hərbi vətənpərvərlik mövzusunda klip çəkdirməkdir. Bunun üçün əslən Qarabağdan olan xanəndələrlə də danışıqlar aparılıb və onların ifasında mahnı səsləndiriləcək. Həmin mahnıya çəkiləcək klipdə isə Alı Alıyev və oğlu hərbi formada görüntülənəcək. Məqsəd isə guya, ata və oğulun vətənpərvərlik hisslərinin aşıb-daşması, bu dəqiqə döyüşə hazır olduqlarını göstərməkdir. Halbuki «5 günlük» aprel müharibəsində oğul Alıyevi tapıb, rayona gətirmək mümkün deyildi.
Aldığımız məlumata görə, Elvin Alıyev artıq dərzi yanına gələrək, ölçülərini verib. Alı Alıyev isə işdən çıxa bilmədiyini deyərək, elə kabinetində ölçülərini götürdərək, dərziyə göndərib. Məlumatlarda bildirilir ki, Horadizdə çəkiləcək klip sonradan TV-lərə çıxarılacaq.

Müəllimlərdən məcburi pul yığılir “ordunun ehtiyaclari” adiyla

images-cms-image-000018184 (1)Xəbər verildiyi kimi, ölkənin orta təhsil müəssisələrində müəllimlərin məvacibindən orduya yardım adıyla əlavə vəsait tutulur. “Azadlıq” radiosunun məlumatına görə, Qaraçuxur qəsəbəsindən, Gəncə şəhərindən bununla bağlı daxil olan şikayətlərdə vurğulanıb ki, müəllimlərin maaşlarından bəzən 1, bəzənsə 2 faiz pul tutulur.

Bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna yığıldığı bildirilsə də, müəllimlər buna inanmır. Gəncə şəhərindəki məktəblərin birinin müəllimi bütün məktəblərdə vəsaitlərin yığılmasına başlandığını söyləyib. O, hazırda bütün məktəblərdə maaşdan ən azı 2-3 manat yığılması kampaniyasının başladığını və həmin vəsaitin orduya dəstək məqsədilə edildiyini bildirib. Təhsil Nazirliyi bu təşəbbüsü pedaqoji kollektivlərdən gəldiyilə əlaqələndirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, silahlı qüvvələrin təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Elşad Abdullayev:”Bu gün də Ramiz Mehdiyevin evində dövlət dili erməni dilidi”

12932853_1019581151468250_2861469946324554479_nHacibaba Azimov

Hörmətli dostlar! “Azərbaycan dünyada analoqu olmayan ölkədir” – fikrini iqtidar mənsubları neçə illərdir ki, tez-tez , təkrar-təkrar deyiblər və deməkdə davamedirlər. Hakimiyyət nümayəndələri belə iddia edirlər ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada analoqu olmayan ölkədir. Bu iddianın uydurma, saxta olduğu aydındır. Şərhə ehtiyac yoxdur. Ancaq Azərbaycanın sivil dünyada, Avropa Şurasının üzvü olan ölkələr arasında bir sıra sahələr üzrə “analoqu olmayan ölkə” olduğu təkzibedilməz faktdır. Dünyada analoqu olmayan belə hallardan hələlik birini sual-cavab şəklində hörmətli dostlarımızın və ictimaiyyətin müzakirəsinə təqdim edirəm: O, kimdir ki, özü bir hakimiyyət orqanının dəftərxana – katiblik tipli köməkçi-xidmətçi qurumunun rəhbəridir, ancaq Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid məsələlərə müdaxilələr edir və qanunlara rəsmi təfsir (şərh) verir, dövlət orqanları, hətta məhkəmələr isə onun əslində hüquqi qüvvəsi olmayan rəyini (şərhini) əsas tutaraq hərəkət edir və qərarlar verirlər? Bunun səbəbi (səbəbləri) nədir? Hansı səbəbdən və kimlər tərəfindən bu məmurun analoqsuz özbaşınalığına, cinayət əməllərinə “yaşıl işıq” yandırılıb?
P.S. Bu adamın dünyada analoqu olmayan qanunsuz hərəkətlərinin qarşısının alınmaması onun Azərbaycanda Rusiyanın “beşinci kolon”un əsas fiqurlarından biri kimi Kremldən və PKK-dan güclü dəstək alması ehtimalı da nəzərdən qaçırılmamalıdır.
P.P.S. Təqdim etdiyimiz sualın cavabı mətbuatda az da olsa, verilmişdir. Lakin çox təəssüflər olsun ki, ictimaiyyət dünyada analoqu olmayan bu və bu kimi digər rüsvayçı hala əsasən biganəlik göstərir. Sosial şəbəkələrdə ictimai-siyasi əhəmiyyəti olmayan, xırda məişət məsələlərinin müzakirəsinə daha çox vaxt və yer ayrılır. Bunları nəzərə alaraq biz “dünyada analoqu olmayan” rüsvayçı hallara, yəni hakimiyyət nümayəndələrinin milli müstəqil dövlətçiliyimiz və bütövlükdə cəmiyyətimiz üçün ciddi təhlükə yaradan cinayət əməllərinə dair digər faktları da sual-cavab şəklində ictimaiyyətin müzakirəsinə təqdim etməyi məqsədəmüvafiq hesab etmişik və yaxın günlərdə digər analoqu olmayan hallar və faktlar haqqında müzakirə açacağıq.

Elşad Abdullayev

Hörmətli professorum Sizin nəzərdə tutdugunz adamın Ramiz Mehdiyevin evində dövlət dili erməni dilidi. Sizin müəllim yoldaşınız Mahir Abdullayevi ogurladıb məndən ABU-ni qohumunun adına keçirməyyi tələb edirdi. Bu gün də Ramiz Mehdiyevin evində dövlət dili erməni dilidi, evdə yalnız erməni dilində danışırlar ki, Azərbaycan xalqı duymasın. Sonrada deyirlər Qarabagı ala bilmədik. Gətirib ermənini qoyublar başımızın üstünə, günü gündəndə ölən şhidlərimizin sayı artır.Millət qalıb iki od arasında, qarşımızda erməni faşistləri, arxa cəbhədə də başımızın üstündə Qalina Artunyanovna. Hələ bu azmış kmi ölkənin içərisinədə separatizm toxumu səpib. Bütün separatçıların – erməni, sadval, əlikram-ataxanovçuların quyrugu olmayan bu elmi kommunizm dahisinin əlindədir…Məlumdur ki, talş xalqınn 98 %-bunların əleyhinədir.

AZƏRBAYCANDA TƏHSİLİN BU GÜNÜ VƏ GƏLƏCƏYİ

BayraqMen,bu gün Azərbaycanda ən aktual problem olan təhsil probleminə diqqetinizi cəlb etmək istəyirəm. Bu gün Azərbaycanda təhsil müəssələrində özbaşnalıq və rüşvət tuğyan edir. Az-da təhsil müəssələri sanki birjaları xatırladır. Təh.müəssələrində demək olar dərs tədris olunmur,birjalarda olduğu Kimi pull həraccları keçirilir sanki. Müəllimlər gunu,8 mart, muelimlərin ve direktorlarin ad günü,Novruz ve yeni il bayramlar,süpürgə pulu, fond pulu və s.. adlarla şagirdlərdən və tələbələrdən qeyri-qanuni pullar tələb olunur. Bu pulların hansı səbəbdən kimlər tələb edir ? Bu sual hamı üçün hər zaman qaranlıq qalıb. Rayonlarda və rayonlarin kəndlərində bu gündə çox bərbat vəziyyətdə olan məktəbə qədər tərbiyə müəssələri və orta məktəblər var. Bu təhsil müəssələrində hələ də parta, löhvə və təbaşir problem olaraq qalır. Bu təhsil müəssələrində sanitar qovşaqdan,içməli sudan, istilik və havalandırma sistemlərindən heç söhbət gedə bilməz. Kəndlərdə mûəllimlərin,dərs vəsaitlərinin çatışmamazlığı və məktəblərə gedən yolların qışda bərbat olması sagirdlərə böyük çətinliklər yaradır. Bu gün rayon və kəndlərmizdə savadsız gələcək nəsillər ordusu böyüməkdədirlər. Bu gün təhsilimizdə olan bu böyük problemlər özünü açıq-aydın qabarıq şəkildə göstərməkdədir. Çox təəssüf ki,Azərbaycan Təhsil Nazirliyi bu problemleri aradan qaldırmaq üçün heç bir ciddi işlər görmür. Hər gün təhsil müəssələrində özbaşnalıq və rüşvət daha da artır. Bu gün Azər-da tehsil çox acınacaqlı vəziyyətdə ola-ola məcburiyyətdən savadlı insanlar Azərb-nı tərk edərək xaricə üz tuturlar. Bu savadlı insanların təhsili sıfır olan Azərb-nı tərk etməkləri Azərb -nın gələcəyini sual altında qoyur. Çünki savadsızlar ordusu böyüyən Azərb -da gələcəkdə çox böyük mənfi nəticələr verməməsin deyə bu savadlı insalardan istifadə etmək lazimdir. Bəlkə də bunun mənfi nəticələri hiss olunmur. Amma bu savadlı insanlarin xaricə axinin və təhsildə olan mövcud problemlerin acı nəticəsini gələcəkdə mütləq özü biruzə verəcək. Azərb -da bu gün böyüyən gələcək nəsillərimiz olan övladlarımızın gələcək həyatları şübhə altındadir. Mən bu məqaləmlə hamını bir daha yaxşı-yaxşı bu problem haqqında düşünməyə çağırıram

Azərbaycan pulunun güclənməsi üçün yetərli iqtisadi əsaslar yoxdur.

12928204_1713342642274857_820503348442334598_nƏn geci iyun ayından etibarən ciddi pul qıtlığı yaranacaq, ardından isə milli valyutanın dəyərdən düşməsi prosesi yaşanacaq

Son günlər manatın dollar və avro qarşısında güclənməsi nisbidir. Yaxın günlərdən etibarən Azərbaycan valyutası yenə dəyər itirməyə başlayacaq. Bunu JAM.AZ-a hökumətdəki etibarlı mənbələrdən məlumat veriblər.
Məlumatda deyilir ki, Azərbaycan pulunun hazırkı məqamda güclənməsinin başlıca səbəbi Rusiya zonasına aid olduğumuzdandır. Belə ki, Rusiyada hazırda dollar nisbətən ucuzlaşmağa başlayıb. «Lakin bu ucuzlaşma sırf iqtisadi əsaslar hesabına deyil, inzibati üsullar sayəsində mümkünləşib. Bir müddətdən sonra qonşu ölkədə də dollar sürətli şəkildə bahalaşmağa başlayacaq».
JAM.AZ-a danışan mənbə vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı vəziyyətin nə yerdə olduğunu bilsə də, hələlik tutarlı tədbirlər görə bilmir. Və ya görmür. «Bankların birləşdirilməsi, manatın nisbətən sabitləşdirilməsi kimi işlər xırda detallardır. Azərbaycan pulunun güclənməsi üçün yetərli iqtisadi əsaslar yoxdur. AMB isə hökumət qarşısında həmin iqtisadi əsasları yarada biləcək heç bir təklif qoymayıb».
Qeyd edilir ki, əhalinin əlindəki valyuta ehtiyatını da satışa çıxarması müvəqqəti haldır. «Bu gün ölkədə ciddi manat qıtlığı var. Büdcə təşkilatları belə əmək haqqlarının verilməsində çətinlik çəkirlər. AMB hesab edir ki, dövriyyədə nə qədər az manat olarsa, dollara təlabat da bir o qədər azalacaq. Lakin belə bir taktika hələ dünyanın heç bir ölkəsində uğur qazanmayıb. Əksinə, bir müddət durum sabitləşsə də, sonradan devalivasiyanın ağır formaları təzahür etməyə başlayıb».

Mənbə ən geci iyun ayından etibarən Azərbaycan manatının ağır günlərinin başlayacağını proqnozlaşdırır. Onun sözlərinə görə, yay aylarında manat qıtlığı daha çox hiss olunmağa başlayacaq. Və bir müddət sonra dolların məzənnəsində yüksəlişlər özünü göstərəcək. «Həmin proses dönəmində manatın dollar qarşılığında duruş gətirə biləcəyi inandırıcı deyil. Çünki hökumət belə qısa müddətdə prosesin qarşısını almaq üçün heç bir addım atmaq gücündə deyil».

Kemaleddin Heyderovun yenə döyülmək vaxtı çatıb, Gömrük Komitəsi planı doldura bilmədi

1-kamaladdin-heydarovFHN şefi K. Heydərov tez-tez İlham Əliyev tərəfindən döyülür. Əldə etdiyimiz məlumatlara görə, bayram günləri FHN şefini yenə mal balası kimi döyüblar. Maraqlıdı səbəb nə olub? Əldə etdiyimiz məlumatlara görə, FHN şefi K. Heydərovun oğlu Tale Heydərovun başçılıq etdiyi Avropa Azərbaycan Cəmiyyətinin 10 illiyi təntənə ilə qeyd edilib. Adı var, özü yox. 10 ildə 10 addım ata bilməyən ölü cəmiyyət. Bu Avropa Azərbaycan Cəmiyyətinə xeyli hər il Hakimiyyet tərəfindən pul ayrılır. Tale Heydərov da bu pulları mənimsəyir, bu xəbəri alan İlham Əliyev dərhal FHN şefi K. Heydərovu çağıraraq döyür. Prezident belə olanda, naziri və onun oğlu da belə olmalıdır. Oğrudan oğruya halaldı…

Kemaleddin Heyderovun yenə döyülmək vaxtı çatıb, Gömrük Komitəsi planı doldura bilmədi.

Bu ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 416,9 milyon manat daxil olub. Fins.az-ın DGK-ya istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

Daxilolmaların 25,7%-i və yaxud 107,1 milyon manatı gömrük rüsumlarının, 71,5%-i və yaxud 298,2 milyon manatı əlavə dəyər vergisinin, 1,5%-i və yaxud 6,1 milyon manatı aksiz vergisinin, 1,3%-i və yaxud 5,5 milyon manatı isə yol vergisinin payına düşüb.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinə əsasən, Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 810 milyon manat vəsaitin daxil olması nəzərdə tutulub. Sadə bölgü ilə, bu hər rüb 452,5 milyon manatın toplanması deməkdir. Birinci rübdə yığılan məbləği isə bundan az təşkil edib. Sirr Deyil ki Gömrük Komitəsi Kemaleddin Heyderovun kurasiyasindadi…

Artur Rəsizadə: «Dünyada ən nifrət ətdiyim dil Azərbaycan dilidir»

11219300_493919137446553_5760326703886514426_n«Hakimiyyətdəki ernəni əsilli və ya arvadı erməni olan məmurlarla tanış olaq. Onların başında baş nazir Artur Rəsizadə dayanır. Naxçıvanın ən samballı nəslindən olan bu şəxsin anası ermənidir. Bundan başqa, onun həyat yoldaşı və gəlini də ermənidir. Artur Rəsizadənin Azərbaycana olan «sevgisi»ni işlətdiyi bir ifadə ilə müəyyən ətmək olar: «Dünyada ən nifrət ətdiyim dil Azərbaycan dilidir». Hər halda bir ölkənin baş naziri dövlət dilinə bu qədər «hörmət» edirsə, o zaman torpaqların 20 faizi işğal olunubsa, Allahımıza şükr ətməliyik.

1439449319_1392799171_1377243896_etatistƏli Həsənov qaçqınlarımızın taleyi tapşırılmış məmurlardan biridir. «Qaçqınkom»un sədri olan bu şəxsin arvadı ermənidir. Özü də adını dəyişmiş erməni. Hərçənd özünü daha çox «vətənpərvər», «millətsəvər» kimi aparmasına baxmayaraq, bu adam ermənilərin mövqəyini açıq-aşkar müdafiə etməkdən çəkinmir. Qaçqınların başına bu qədər zülm gətirən, onların haqlarını yeyən birindən bundan artıq həç nə gözləməyə dəyməz.

Elə zənn ətməyin ki, erməni qadınlar və ya erməni əsillilər təkcə yuxarıda qəyd olunan sahələri nəzarətlərinə alıblar. Onlar həmçinin Nəqliyyat Nazirliyinə də lazımi qədər nüfuz edərək, orada özlərinə yuva salmağı bacarıblar. Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun müavini Cavid Qurbanovun ana anası ermənidir. Bu adam ölkənin ən stratəji postlarından birində əyləşib və bütün nəqliyyat məsələlərini idarə edir.
Xatirinizdədirsə, bir müddət əvvəl Ermənistana dəmiryolu ilə neft ötürülməsi ilə bağlı qalmaqal meydana çıxmışdı. Həmin vaxt Gömrük Komitəsi guya günahkar axtarırdı və bu günə kimi də həmin təxribatın kimlər tərəfindən edildiyi barədə məlumat da verilmir. Heç verilməyəcək də. Çünki komitənin işçilərindən də bu işdə əli olanlar var və onlar bütün hallarda öz cinayətlərini gizlətmək üçün müxtəlif vasitələrə əl atacaqdılar. Amma bu zaman Cavid Qurbanovun diqqətdən yayınması heç bir halda başadüşülən dəyil. Çünki nəqliyyat sahəsində aparıcı fiqurlardan biri olan bu şəxs mümkün dəyil ki, Ermənistana nəft ötürülməsindən xəbərsiz olsun.
etibar pirverdiyevBu gün Azərbaycanın enerji sistəmi də ermənilərin əlindədir. Daha doğrusu, «Azərenerji» Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev cənablarının həyat yoldaşı ermənidir və onun Ermənistanla çox ciddi əlaqələri var. Yəqin, bu səbəbdəndir ki, Etibar Pirverdiyev vəzifə başına keçəndən sonra Azərbaycan əhalisini işıq üzünə həsrət qoyub.

Ermənistan Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib

12966149_1717729361836185_1721032179_nBunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər. Komisiyadan deyiblər ki, aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması barədə Ermənistan tərəfindən məlumat alıblar. Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib.

Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin Ermənitan tərəfinin əlində olması faktın təsdiqləyiblər. Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.

Bu məqsədlə, aprelin 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin Ermənistan tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər.

“Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdı. Döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha təsdiq etdi” deyə dövlət Komissiyasından bildirilib.

Komisiya bundan əvvəl Azərbaycanın bir hərbiçisinin-gizir Seymur Qulamhüseyn oğlu Baxışovun itkin düşdüyünü açıqlamışdı. Gizirin Ermənistan tərəfinin əlində olduğu güman edilirdi. Ermənistan tərəfi bir Azərbaycan hərbiçisinin meyitinin əlində olmasını bildirəndən sonra, onun Seymur Baxışov olacağı ehtimal edilirdi.