Sərxoş Rövnəq Abdullayevin oğlu İstanbulda saxlanıldı

12369124_1668956360046819_5930799947922488154_nİstanbulda yol polisi reydi zamanı SOCAR rəhbəri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev saxlanılıb. Rəşad Abdullayev dostları ilə əyləncədən qayıdarkən İstanbulun Ortaköy bölgəsində reydə tuş gəlib. Bu barədə məlumatı Türkiyənin “Sözçü” internet portalı yayıb. Saytın məlumatına görə, olduqca içkili görünən Abdullayev, polislərin alkolmetrəyə üfürmək təklifini rədd edib və yol polisinə çətinlik törədib. Yol polisindən buraxılmağını tələb edən Abdullayev cibindəki Azərbaycan, Kaliforniya və Qatar sürücülük vəsiqələrini çıxarıb və onun üstünə ataraq “al, hansını istəyirsən, sənin olsun” – deyib. Bununla belə, millət vəkilinin oğlu cəza almaqdan yaxasını qurtara bilməyib. Polis onu 2000 türk lirəsi (1079 manat) cərimə və 2 illik sürücülük hüququndan məhrum edib. SOCAR rəhbərinin oğlu dostlarının avtomobilinə əyləşərək, hadisə yerini tərk edib.

Sərxoş Rövnəq Abdullayevin oğlu İstanbulda saxlanıldı” üzərinə bir şərh

  1. Savadiniz olsun hec olmasa Yazini basligini yazarken duzgun yazin.serxos rovneqabdullayev yox,rovneq abdullayevin serxos oglu.
    Oz gozunuzde tiri gotmursuz basqalarinin gozunde tuk axtarirsiniz.bu qeder savadsizligla hara qeder gedecek bu zurnalistika-“jurnalistika” anlamiram.

    Bəyən

Fidan üçün bir cavab yazın Cavabı ləğv et